HƏRBİ ÇAĞIRIŞÇILARDA REFRAKSİYA QÜSURLARININ EKSİMER LAZER KORREKSİYASININ EFFEKTİVLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Авторы

  • Qasımov E.M
  • Hüseynli S.F.

Açar sözlər:

hərbi xidmət, refraktiv cərrahiyyə, LASİK, FRK

Xülasə

Məqsəd - hərbi xidmətə göndərilən gənc oğlanlarda refraksiya qüsurlarının Eksimer lazer korreksiyasının funksional nəticəsinin efektivliyinin qiymətləndirilməsi.

Material və metodlar
Hazırki işdə hərbi həkim kommissiyasından müayinədən keçən və yaşları 20-35 (22 ± 2,5) arası dəyişən, Eksimer Lazer cərrahi əməliyyatı həyata keçirilmiş 155 gənc oğlan tədqiq olunmuşdur. Müayinə korreksiyasız və korreksiya ilə görmə itiliyinin müayinəsi, gözün hərəki aparatının müayinəsi, refraksiyanın təyini, görmənin xarakterinin təyini, gözün ön və arxa seqmentinin müayinəsi şəklində həyata keçirilmişdir. Tədqiqata daxil olan bütün gənclər Şeymfuq kameralı keratotopoqrafya müayinəsinə cəlb olunmuşdurlar. Aparılan korreksiyanın efektivlik indeksi (Eİ) və təhlükəsizlik indeksi (Tİ) hesablanmışdır.

Nəticə
Tədqiq olunanlardan miopiya və miopik astiqmatizmlə əlaqədar 145 (95 %) gəncdə, hipermetropiya və hipermetropik astiqmatizmlə əlaqədar 6 (3%) gəncdə və qarışıq astiqmatizmlə əlaqədar isə 4 (2%) gəncdə müxtəlif növ Eksimer lazer korreksiysı keçirilmişdir. Cərrahi əməliyyatdan sonra şəhadətləndirilmə minimum 6 ay sonra aparılmış, orta müddət ümumilikdə 8,1± 1,7 ay təşkil etmişdir. Müayinə zamanı refraksiyanın orta sferik ekvivalent göstəricisi korreksiyadan sonra miopiya qrupunda -0,5±1,3, hipermetropiya qruupunda 0,75±1,4 və astiqmatizm qrupunda -0,3±0,87 təşkil etmişdir. Eİ miopiyada 1,09, hipermetropiyada 1,02 , astiqmatizmdə 1,1 olmuş, Tİ isə uyğun olaraq miopiyada 1,1, hipermetropiyada 1,06, astiqmatizmdə 1,09 təşkil etmişdir.

Yekun
Refraksiya qüsurlarının korreksiyası görmə itiliyinin artırılmasına səbəb olaraq eynəkdən asılılığı aradan götürməklə yanaşı bu gənclərin əməliyyatdan müəyyən müddətdən sonra hərbi xidmətə məhdudiyyətsiz cəlb olunmaları üçün imkan yaradır. Hərbi xidmət zamanı lazer korreksiyası keçirtmiş və yüksək görmə itiliyinə sahib gənclərdə görmə orqanı tərəfndən yarana biləcək hər hansı bir ağırlaşma və ya fəsadların qarşısını almaq üçün onların şəhadətləndirilməsi zamanı daha detallı müayinələrin aparılması vacibdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

02.03.2021

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR