“T-CAT” TEXNOLOGİYASI İLƏ MÜRƏKKƏB MİOPİK ASTİQMATİZMİN KORREKSİYASINDA FEMTOLASIK ƏMƏLİYYATININ KLİNİK-FUNKSİONAL NƏTİCƏLƏRİ
Açar sözlər:
FemtoLASIK, keratotopoqrafiya, lazer korreksiyası, miopik astiqmatizmAbstract
Məqsəd – mürəkkəb miopik astiqmatizmi olan pasiyentlərdə keratotopoqrafiya məlumatlarına (T-CAT texnologiyası) əsasən optimallaşdırılmış lazer korreksiyasının klinik-funksional nəticələrini qiymətləndirmək.
Material və metodlar
Kompleks miyopik astiqmatizmi olan 28±3,4 yaşlı 40 xəstənin 40 gözü müayinə edilərək əməliyyat olunub. Mürəkkəb miopik astiqmatizmi olan 28±3,4 yaşlı 40 pasiyentdə (40 göz) müayinələr aparılıb və əməliyyat icra olunub. Bütün hallarda refraksiyanın silindrik komponenti 2 diopterdən çox olmuşdur və orta hesabla -3,92±0,21 diopter təşkil etmişdir. Əsas qrupa (22 göz) keratotopoqramma məlumatlarına (T-CAT proqram modulu, WaveLight ALLEGRO Topolyzer) əsaslanan fərdiləşdirilmiş texnikadan istifadə etməklə əməliyyat edilən pasiyentlər daxil edilmişdir. Nəzarət qrupu (18 göz) standart WaveFront Optimized texnikasının istifadəsilə əməliyyat olunan pasiyentlərdən ibarət olmuşdur. Bütün əməliyyatlar gücü 500 Hz, ləkənin diametri 680 µm Wavelight Allegretto EX 500 eksimer lazer (Alcon, Almaniya) vasitəsilə həyata keçirilmişdir.
Nəticə
Bütün hallarda əməliyyatlar fəsadsız keçmişdir. Əməliyyatdan 6 ay sonra refraksiyanın sferik komponenti əsas qrupda -2,82±2,46 dptr.-dən -0,31±0,14 dptr.-ya qədər və kontrol qrupda -3,11±2,72 dptr.-dən -0,43±0,18 dptr.-ya qədər əhəmiyyətli dərəcədə enmişdir (p<0,05). Əməliyyatdan sonrakı dövrdə refraksiyanın silindrik komponentinin orta dəyəri də əhəmiyyətli dərəcədə enərək əsas və nəzarət qruplarında müvafiq olaraq -0,86±0,1 və -1,18±0,22 dptr. təşkil etmişdir. Keratorefraktiv əməliyyatlardan sonra korreksiya olunmamış görmə itiliyi əməliyyatdan əvvəlki qiymətlərlə müqayisədə artmışdır və əsas qrupda orta hesabla 0,83±0,12, kontrol qrupda isə 0,78±0,15 təşkil etmişdir.
Yekun
Keratorefraktiv əməliyyatların hesablamalarında keratotopoqrafiya məlumatlarının istifadəsi yüksək klinik və funksional nəticələr əldə etməyə və astiqmatizmin əlavə korreksiyası məqsədilə təkrar cərrahi müdaxiləyə ehtiyacı azaltmağa imkan verir. T-CAT texnologiyası ilə FemtoLASIK əməliyyatı təhlükəsiz və yüksək effektiv korreksiya üsuludur