XRONİKİ DAKRİOSİSTİTLƏRİN CƏRRAHİ MÜALİCƏSİNDƏ MODİFİKASİYA OLUNMUŞ XARİCİ DAKRİOSİSTORİNOSTOMİYANIN NƏTİCƏLƏRİNİN TƏHLİLİ

Авторы

  • Rüstəmova N.M.
  • Musayeva N.B.

Açar sözlər:

dakriosistitlər, xarici dakriosistorinostomiya

Xülasə

Məqsəd – xroniki dakriosistitlərin modifkasiya olunmuş xarici dakriosistorinostomiya (DSR) metodu ilə cərrahi müalicəsinin yaxın və uzaq nəticələrinin təhlili.

Material və metodlar
Tədqiqata 38 xroniki dakriosistitli xəstə daxil edilmişdir. Onlardan 33-ü qadın, 5-i kişi olmuşdur. Xəstələrin hamısına modifkasiya olunmuş xarici DSR metodu ilə əməliyyat aparılmışdır. Xəstələrin yaşı 31-72 yaş (orta yaş 59,3+-8,7 yaş) olmuşdur. Bütün xəstələrə dakriosistitli xəstələr üçün tövsiyə olunan standart sxem üzrə oftalmoloji müayinələr aparılmışdır. Xəstələrə cərrahi əməliyyatdan sonrakı dövrdə ilk 1-ci gün, 1 həftə, 1 ay, 3 ay, 6 ay və 12 ay sonra müayinə aparılmışdır. Subyektiv qiymətləndirmə üçün gözyaşı axmasını 4 bal şkalası ilə qiymətləndirilmişdir. Əməliyyat aparılmış sahənin çapığının kobudluğu 3 bal şkalası ilə aparılmışdır.

Nəticələr
Cərrahi əməliyyata kimi 78,9% hallarda (30 göz) gözyaşı kisəsinə təzyiq etdikdə irinli ifrazatın gəlməsi qeyd edilirdi. Nəzərə çarpacaq qədər (3-4 bal) istər açıq havada, istərsə də qapalı yerlərdə 89,5% hallarda (34 göz) yaşaxma müşahidə olunmuşdur. Cərrahi əməliyyatdan sonra yalnız 3 xəstədə (7,9%) nəzərə çarpacaq yaşaxma qeyd olunmuşdur. Cərrahi əməliyyatdan 3 ay sonra dövrdəki dərinin çapığı 38 xəstədən 31-də 1 dərəcə (81,6%%), 7 xəstədə isə 3-cü dərəcə qeydə alınmışdır (18,4%%). 2-ci dərəcəli dəri çapığı qeydə alınmamışdır. Beləliklə, DSR cərrahi əməliyyatından sonrakı uzaq dövrdə 92,1 % halda müsbət nəticə alınmışdır ki, bu da klassik üsulla aparılan DSR-dan geri qalmır.

Yekun
Modifkasiya olunmuş xarici DSR metodikası daha sadə olmaqla bərabər, daha qısa zaman ərzində aparılması ilə bərabər, həm də klassik üsulla aparılan xarici DSR əməliyyatından heç də geri qalmır. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.07.2022

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>