MÜASİR NEFT SƏNAYESİNDƏ ÇALIŞAN İŞÇİLƏR ARASINDA OFTALMOPATOLOGİYALARIN ÖYRƏNİLMƏSİ VƏ ONLARIN YARANMA RİSKİN QİYMƏTLƏNDİRİLMƏSİ

Authors

  • İbrahimova S.N.
  • Qasımov E.M.

Keywords:

ümumi oftalmopatologiya, müştərək oftalmopatologiya, neft sənayesi, nisbi risk

Abstract

Məqsəd – müasir neft sənayesində çalışan işçilərin kompleks göz müayinəsi əsasında oftalmoloji statusun və patologiyaların yayılması xüsusiyyətlərinin müəyyən edilməsi.

Material və metodlar
Oftalmoloji tədqiqatların obyekti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilat və bölmələrinin işçiləri olmuşdur. Yaş qrupları sənaye sahələrində çarpaz tədqiqatlar tələblərinə əsasən bölünmüşdür: “18-29 yaş”, “30-45 yaş”, “46-59 yaş”, “60 yaş və yuxarı”; iş stajı üç qrupa - “5 ildən az”, “6 ildən 15 ilə qədər”, “16 ildən yuxarı”; iş yerləri üç qrupa – optimal, məqbul və zərərli iş şəraiti. Yaş, iş stajı və işin ağırlığından asılı olaraq müəyyən edilmiş patologiyaların peşə səbəbliliyi dərəcəsi 95% etibarlılıq intervalı (Eİ) ilə nisbi riskin (NR), həmçinin etioloji payın (EP) hesablanması əsasında aparılmışdır.

Nəticə
941 nəfərdə (N=1852) görmə orqanının patologiyası hər iki gözdə (OU) (AR=50,8±3,9%) aşkarlanmışdır ki, bunun da 76,6%-i təcrid olunmuş, 23,4%-i isə yanaşı gedən göz xəstəliyi ilə birgə olmuşdur. Oftalmopatologiyaların strukturunda ən yüksək nisbəti konyunktiva və buynuz qişanın xəstəlikləri (23,4%), müxtəlif oftalmoloji yenitörəmələr (18,4%) və refraktiv qüsurlar (14,2%) təşkil etmişdir. Zərərli iş şəraitində çalışan işçilər arasında görmə orqanının patologiyasına 2 dəfə daha çox rast gəlinmişdir (NR=1,7, CI 0,79:0,91, p<0,005). İstehsal prosesində zərərli kimyəvi maddələrlə təmasda olmasından asılı olaraq ümumi oftalmopatologiyanın strukturu və xarakteri fərqlənmişdir (NR=2,74; Eİ 1,95:3,86).

Yekun
İş stajı yüksək olan və “60 yaşdan yuxarı” yaş qrupunda yanaşı gedən patologiyaların faizi maksimuma çatmışdır. İş zamanı zərərli maddələrlə təmasda olan işçilər arasında görmə orqanı patologiyasının inkişaf ehtimalı təmasda olmayanlara nisbətən 2,7 dəfə yüksəkdir.

Downloads

Download data is not yet available.

Published

2023-04-23

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
İbrahimova S.N. and Qasımov E.M. 2023. MÜASİR NEFT SƏNAYESİNDƏ ÇALIŞAN İŞÇİLƏR ARASINDA OFTALMOPATOLOGİYALARIN ÖYRƏNİLMƏSİ VƏ ONLARIN YARANMA RİSKİN QİYMƏTLƏNDİRİLMƏSİ. The Azerbaijan Journal of Ophthalmology. 44 (Apr. 2023), 48–55.
Article Footer

Similar Articles

1-10 of 170

You may also start an advanced similarity search for this article.