HERPES VİRUSLARI İLƏ MÜŞTƏRƏK İNFEKSİYALAR FONUNDA YARANMIŞ UVEİTİN GEDİŞİNİN VƏ NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Authors

  • Feyziyeva K.V

DOI:

https://doi.org/10.30546/2709-4634.2023.45.0113.

Keywords:

uveit, müştərək infeksiya, koinfeksiya, hepatit B, hepatit C, solğun treponema

Abstract

Məqsəd – herpes virusları ilə müştərək infeksiyalar fonunda yaranmış uveitin gedişinin və müalicəsinin nəticələrinin təhlili.

Material və metodlar
Tədqiqata 2015-2020-ci illər ərzində uveit diaqnozu ilə stasionar müalicəyə daxil olan müxtəlif koinfeksiya ilə 27 pasiyent daxildir. Nəticələr
Xəstələr 26-69 yaş arası olmuşlar. Onlarda hepatit B (9 nəfər), hepatit C (7 nəfər), solğun treponema (9 nəfər), İİV (1 nəfər), hepatit B+C (1 nəfər) virusları aşkarlanmışdır. Ən çox ilkin müraciətlər 2018-ci ildə (29,7%), ən çox residivlə təkrar müraciətlər isə 2020-ci il pandemiya zamanı (28,1%) olmuşdur. Uveit viral mənşəli, lokalizasiyasına görə ön uveit (23 nəfərdə - 85,2%) olmuş və iltihab daha çox bir gözü əhatə etmişdir (OD-48%, OS-30%). Görmə itiliyinin müalicədən sonra artımı hepatit B və hepatit C daşıyıcılarında ortalama 26% və 25%, solğun treponema daşıyıcılarında ortalama 50 % təşkil etmişdir.
Yekun:
• Koinfeksiya daşıyıcıları olan xəstələr əmək qabiliyyətli şəxslər olmuşlar.
• Pandemiya zamanı residivlərin artması müşahidə olunmuşdur.
• Koinfeksiyalar fonunda baş vermiş uveit viral mənşəli olub lokalizasiyasına görə ön uveit (85,2%) üstünlük təşkil etmiş və iltihab daha çox bir gözü əhatə etmişdir (OD-48%, OS-30%).
• Virus hepatiti və solğun treponema daşıyıcıları olan uveit xəstələri, yanaşı İİV daşıyıcısı olmamış, hazırkı dövrdə əlavə göz fəsadları verməmiş və görmə proqnozu yüksək olmuşdur.

Downloads

Download data is not yet available.

Published

2023-04-23

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Feyziyeva K.V 2023. HERPES VİRUSLARI İLƏ MÜŞTƏRƏK İNFEKSİYALAR FONUNDA YARANMIŞ UVEİTİN GEDİŞİNİN VƏ NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ. The Azerbaijan Journal of Ophthalmology. 45 (Apr. 2023), 11–19. DOI:https://doi.org/10.30546/2709-4634.2023.45.0113..
Article Footer

Similar Articles

1-10 of 67

You may also start an advanced similarity search for this article.