ДЕНСИТОМЕТРИЧЕСКАЯ РОГОВИЧНАЯ ПРОБА В ОЦЕНКЕ ПЕРЕНОСИМОСТИ НПВС ПРИ ИХ ЭПИБУЛЬБАРНОМ ПРИМЕНЕНИИ

Authors

  • Сафарова А.Н.

Keywords:

buynuz qişanın densitometriyası, qeyri-steroid iltihab əleyhinə vasitələr

Abstract

Qeyri-steroid iltihab əleyhinə vasitələrin (QSİƏV) buynuz qişaya toksiki-allergik təsirinin mümkünlüyü, oftalmologiyada onların istifadəsinin yeni yanaşmalarının işlənib hazırlanmasına ehtiyac duyulduğunu göstərir.

Məqsəd
Qeyri-steroid iltihab eleyhinə vasitələrin epibulbar tətbiqi zamanı keçiriciliyinin qiymətləndirilməsi üçün densitometrik buynuz qişa funksional sınağının işlənib hazırlanması.

Material və metodlar
Ayrı-ayrı QSİƏV-in keçiriciliyini qiymətləndirmək üçün müxtəlif dərəcəli miopiya ilə 18-35 yaş arasında 30 pasiyent (60 göz) üzərində 120 densitometrik buynuz qişa sınaqları aparılıb. Dikloftil (40 sınaq), nevanak (40 sınaq) və lornoksikam (40 sınaq) preparatlarının epibulbar applikasiyalarının damcı (60 sınaq) və aerozol (60 sınaq) metodikaları istifadə olunub.

Nəticə
Tədqiqatlar göstərmişdir ki, QSİƏV-in epibulbar təyini zamanı, lazer keratorefraksion əməliyyatlardan öncə və sonra buynuz qişanın epitelial piki həcmi və optik sıxlığı onların keçiriciliyinin obyektiv meyarı kimi xidmət göstərə bilər. Dikloftilin və nevanakın birdəfəlik damcılanması zamanı 30% hallarda buynuz qişa epitelinə və stromasına əks təsiri aşkar olunub. Eyni zamanda onların aerozol applikasiyası zamanı buynuz qişaya reaksiyası mövcud olmayıb. Lornoksikamın buynuz qişa epitelinə və stromasına həm damcı, həm də aerozol şəklində tətbiqi zamanı heç bir halda əks təsiri qeyd edilməmişdir.

Yekun
Beləliklə, densitometrik buynuz qişa sınağı qeyri-steroid iltihab əleyhinə vasitələrin buynuz qişa epitelinə və stromasına əks təsirini aşkar etməyə imkan yaradır və onu preparatların təyinindən və müalicə kursundan öncə aparılması məqsədə uyğundur.

Downloads

Download data is not yet available.

Published

2015-11-24

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Сафарова А.Н. 2015. ДЕНСИТОМЕТРИЧЕСКАЯ РОГОВИЧНАЯ ПРОБА В ОЦЕНКЕ ПЕРЕНОСИМОСТИ НПВС ПРИ ИХ ЭПИБУЛЬБАРНОМ ПРИМЕНЕНИИ. The Azerbaijan Journal of Ophthalmology. 19 (Nov. 2015), 82–86.
Article Footer

Similar Articles

1-10 of 264

You may also start an advanced similarity search for this article.