KERATOKONUSUN MÜASİR DİAQNOSTİKA ÜSULLARI VƏ TƏSNİFATI (ƏDƏBİYYAT İCMALI)

Müəlliflər

Açar sözlər

keratokonus, keratektaziya, keratotopoqrafiya, keratokonusun klassifikasiyası

Xülasə

Keratokonus – gənc və əmək qabiliyyətli yaş qrupunda müşahidə olunan, görmə funksiyalarının itirilməsinə səbəb olan buynuz qişanın ektatik xəstəliyidir. Xəstəliyin inkişaf etmiş mərhələsində və tipik proqressiv klinik gedişində diaqnostika xüsusi çətinlik yaratmır. Lakin bəzi hallarda diaqnozun təsdiqlənməsisı müəyyən mürəkkəbliklərlə müşayiət olunur.

Bu icmalda keratokonusun diaqnostikasına dair müasir baxışlar sistemləşdirilmiş, pasiyentlərin müayinəsinə və əldə olunan nəticələrin interpretasiyasına dair aktual yanaşmalar ardıcıl şəkildə təqdim edilmişdir. Keratokonusun inkişafının başlanğıc mərhələlərində və proqressiya etməyən gedişində klinik mənzərə (şikayətlər, anamnez məlumatları, vizometriya və autorefraktokeratometrinin nəticələri) adi miopiya və requlyar miopik astiqmatizmlə eynidir. Bu səbəbdən xəstəliyin mövcudluğuna şübhələnmək kifayət qədər çətindir. Proqressiv keratokonus zamanı keratektaziyanın inkişafı ilə klinik mənzərə xəstəliyə xas xüsusiyyətlər qazanır və mahiyyət etibarilə irrequlyar korneal miopik astiqmatizmin proqressiv təzahürlərini əks etdirir. Keratokonusun aktual patoqnomonik biomikroskopik əlamətlərinə aşağıdakılar aid edilə bilər: Fleyşer piqment halqası, Vogt-un stromal zolaqları (striaları), ektaziya zirvəsi nahiyəsində fokal buynuz qişa nazilməsi. Hazırda keratokonusun diaqnostikası və skrininqi üçün “qızıl standart” müasir kompüter əsaslı optik skan edən keratoanalizatorlar (o cümlədən rotasion Şaymflüq kamerası tipli sistemlər) vasitəsilə buynuz qişanın kompleks müayinəsi hesab olunur. Bu cihazlar özündə keratoskopiyanı (Plasido diski) və keratotomoqrafiyanı birləşdirir. Keratoanalizatorların orijinal proqram təminatı buynuz qişanın forma irrequlyarlığı xəritələrini (keratotopoqrafiya), sındırma gücü xəritələrini (keratometriya), qalınlıq xəritələrini (keratopaximetriya) modelləşdirir və müvafiq indeksləri hesablayır, həmçinin keratektaziyanın ehtimalını və mərhələsini qiymətləndirir. Bu diaqnostik platformalar keratokonusun ən erkən – keratotopoqrafik mərhələsində – diferensial diaqnostika və təsdiqlənməsisını mümkün edir. Lakin bu günə qədər keratokonusun prekeratotopoqrafik mərhələsində ultrastruktur dəyişiklikləri etibarlı şəkildə təsdiq və ya istisna etməyə imkan verən effektiv metodika mövcud deyildir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI

Necə istinad edilir

[1]
Abduləliyeva F.İ. 2026. KERATOKONUSUN MÜASİR DİAQNOSTİKA ÜSULLARI VƏ TƏSNİFATI (ƏDƏBİYYAT İCMALI). Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 115–132.
Article Footer

Oxşar məqalələr

31-40 : 48

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.