AZƏRBAYCAN ƏHALİSİ ARASINDA MİOPİYANIN YAYILMASI PROBLEMİ – MÜASİR MEYİLLƏR

Müəlliflər

DOI

https://doi.org/10.71110/ajo791020251704550917

Açar sözlər

miopiya, yayılma (prevalentlik), insidentlik, Azərbaycan

Xülasə

Məqalədə Azərbaycanın əhalisi arasında miopiyanın yayılmasının qiymətləndirilməsinə dair retrospektiv təhlil nəticələri təqdim edilir.

Məqsəd – son onillik (2014 - 2023) ərzində Azərbaycanda miopiyanın yayılma səviyyəsini öyrənmək.

Material və metodlar
2014–2023-cü illər üzrə miopiya ilə bağlı məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elektron məlumat bazasından (statistik forma F12) əldə edilmişdir. Əhali statistikası www.azstat. gov.az elektron resursundan götürülmüşdür. Miopiyanın əhali arasında paylanmasının təsviri xarakteristikası tibbi statistika metodları ilə 100 min nəfərə hesablanmış, yaş və cins göstəriciləri dörd əhali qrupu üçün (“0–13 yaş”, “14–17 yaş”, “18–29 yaş” və “30 yaşdan yuxarı”) müəyyən edilmiş və illik xəstələnmə göstəricilərinin faiz dəyişməsi qiymətləndirilmişdir.

Nəticələr
Son 10 il ərzində miopiyanın Azərbaycanın ümumi əhalisi arasında orta yayılma göstəricisi 100 min nəfərə 527,3±28,7 təşkil etmiş, xəstələnmənin pik səviyyəsi 2022–2023-cü illərdə müşahidə olunmuşdur (p < 0.05). Bu artım 2022–2023-cü illərdə insidentlik göstəricisinin artması ilə izah olunur. 2022-ci ildə yeni müəyyən edilmiş miopiya hallarının illik artım tempi əvvəlki illə müqayisədə 40,7% olmuş, baxmayaraq ki, 2015, 2020–2021-ci illərdə bu göstərici mənfi olmuşdur. Bütün müşahidə illərində cinslər arasında statistik əhəmiyyətli fərq aşkarlanmamışdır – kişi və qadın xəstəlik hallarının nisbəti 1:1 olmuşdur. Statistik cəhətdən əhəmiyyətli artım “14–17 yaş” və “30 yaşdan yuxarı” qruplarında qeydə alınmışdır (p < 0,05). Bu yaş qruplarında illik artım tempi 2022-ci ildə eyni dərəcədə yüksək olmuş və 2021-ci illə müqayisədə 3–5 dəfə artmışdır.

Yekun
Azərbaycanda miopiyanın yükü ildən-ilə artır və 2023-cü ildə maksimum səviyyəyə çatır ki, bu da miopiyanın mümkün qədər erkən aşkarlanması və monitorinqinin vacibliyini vurğulayır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

14.01.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Ağayeva R.B. et al. 2026. AZƏRBAYCAN ƏHALİSİ ARASINDA MİOPİYANIN YAYILMASI PROBLEMİ – MÜASİR MEYİLLƏR. Azərbaycan Oftalmologiya Jurnalı. 17, 55 (Jan. 2026), 9–17. DOI:https://doi.org/10.71110/ajo791020251704550917.
Article Footer

Oxşar məqalələr

61-70 : 109

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.