KÖK HÜCEYRƏLƏR: OFTALMOLOGİYADA KLİNİKİ TƏTBİQİNİN MÜMKÜNLÜYÜ, SON NƏALİYYƏTLƏR, QAÇILMAZ UĞURSUZLUQLAR (ƏDƏBİYYAT İCMALI)

Авторы

  • Hacıyeva K.T.

Açar sözlər:

kök hüceyrələr, oftalmologiya

Xülasə

Kök hüceyrələrin (KH) oftalmologiyada klinik istifadəsinə dair ədəbiyyatın icmalı təqdim olunur, son nailiyyətlər vurğulanır və meydana çıxan uğursuzluqlar açıqlanır. KH orqanizmin differensasiya olunmamış hissəcikləri olub, öz-özünə artmaq, bölünmək xüsusiyyəti və bütün həyatı boyu müxtəlif toxuma və hüceyrəyə çevrilə bilmək, hətta istənilən orqan və toxumanın funksiyasını qəbul etmək qabiliyyəti ilə kliniki istifadədə prespektivlərinin sonsuzluğu ilə fərqlənir. Regenerativ tibb sahəsində KH-lərin çoxşaxəli istifadəsi onların altı qızıl xassələri ilə əlaqələndirilir - bunlar asimmetrik bölünən qeyriixtisaslaşdırılmış hüceyrələrdir, potensial, parakrin, plastik və "homing" effektinə malikdirlər.

Son 20 ildə aparılmış tədqiqatların nəticələrinə əsasən kök hüceyrə transplantasiyası effektiv və təhlükəsiz metod olmaqla bir çox göz xəstəliklərinin müalicəsində geniş istifadə olunmaqdadır. Əsas qiymətli olan da metodun sadəliyi, texnikanın təkrarlana bilən olmasıdır ki, bu da gündəlik tibbi praktikada hüceyrə texnologiyasının davamlı həyata keçirilməsini təmin edir. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

27.11.2023

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri