ОСОБЕННОСТИ КЛЕТОЧНОГО ИММУНИТЕТА ПРИ РЕТИНОПАТИИ НЕДОНОШЕННЫХ В РАЗЛИЧНЫХ СТАДИЯХ ЗАБОЛЕВАНИЯ
Açar sözlər:
vaxtından qabaq doğulmuşların retinopatiyası, hüceyrə immuniteti, Т-tənzimləyicilər, В-hüceyrələr, immunosupressiya, autoimmunitetXülasə
Məqsəd – vaxtından qabaq doğulmuşların (VQD) xəstəliyin müxtəlif mərhələlərində autoimmun pozuntuların inkişafında hüceyrə immunitetini öyrənmək və bu hüceyrələrin defektin miqdar nisbətinin xəstəliyin kliniki şəkli ilə qarşılıqlı əlaqəsini müəyyən etmək.
Material və metodlar
Tədqiqat müddəti ərzində 87 uşaq müayinə edilmiş, onlardan 1 yaşında 25-32 həftə gestasiya müddətində VQD-ın III+ mərhələsindən V mərhələyədək və arxa aqressiv retinopatiya ilə 60 pasiyent (tədqiqat qrupu) və həmin yaşda 27 vaxtında doğulmuş somatik sağlam uşaq (kontrol qrupu).
Nəticə
Nəticələrin təhlili zamanı 1-3 aylıq, 3,5-6 aylıq və 6,5 ayından 1 yaşa qədər uşaqların müqayisəsi zamanı immunoloji göstəricilərə görə statistik dürüst fərq aşkar edilməmişdir. T-tənzimləyici hüceyrələrin göstəricilərinin enməsi fonunda VQD-ın retinopatiyasının ağırlığının artması zamanı B-hüceyrələr miqdarının artması və T-killer hüceyrələrinin (CD3-/CD16+CD56+) dürüst (p<0,05) enməsi, T-helper hüceyrələri miqdarının azalması baş vermişdir.
Yekun
Vaxtından qabaq doğulmuş uşaqda autoimmun reaksiyaların əmələ gəlməsini və orqanizmin qoruyucu qüvvəsinin enməsini, vaxtından qabaq doğulmuş uşaqların retinopatiyasının ağır mərhələləri zamanı isə bütün bunların daha kəskin ifadə edilməsini alınan nəticələrin göstəriciləri təsdiq etmişdir.