EKSPERİMENTAL DİABET ZAMANI TOXUMALARDA LİPİD MÜBADİLƏSİNİN POZULMASININ ÖYRƏNİLMƏSİ

Авторы

  • Hüseynova A.A.
  • Kərimov K.T.
  • Cəfərov H.İ.

Açar sözlər:

lipid, triqliserid, fosfolipid, yağ turşusu, diabetin ditizon modeli

Xülasə

Məqsəd – Ditizonla yaradılmış eksperimental diabetin inkişaf prosesində torlu qişada və qanda lipid triadasında baş verən pozğunluqların kinetik xüsusiyyətlərinin tədqiqi.

Material və metodlar
Tədqiqat işi erkək, çəkisi 3,0-3,5 kq olan 74 boz ada dovşanlarının üzərində aparılmışdır. Tədqiqatlarda eksperimental diabet yaratmaq üçün ditizon modelin istifadə edilmişdir. Ditizon məhlulu xüsusi texnologiya ilə hazırlandıqdan sonra 35 mq/kq hesabı ilə qarın boşluğuna yeridilmişdir. Təcrübə heyvanlarında diabetik dəyişikliklərin yaranmasını izləmək məqsədilə ifraz olunmuş sidiyin, qanda və sidikdə şəkərin, zülalların miqdarı, bədən çəkisinin dəyişməsi öyrənilmişdir. Bundan əlavə, tədqiqatlarımızda eksperimental ditizon diabetinin torlu qişada retinopatiya xarakterli struktur dəyişikliklərin yaranma müddətinin müəyyənləşdirilməsi üçün göz dibinin – torlu qişanın morfoloji və histoloji mənzərəsi öyrənilmişdir. Alınmış nəticələrdən aydın olmuşdur ki, dovşanlarda ditizon diabetinin 22-ci günündən başlayaraq retinopatiya üçün xarakter olan struktur dəyişikliklər – venoz-kapilyar sistemin, xorioideyanın zədələnməsi, torlu qişada eritrositlərin aqreqasiyası, damarların trombozu, makulyar nahiyədə ödemin inkişafı, orada “yumşaq” və “bərk” ekssudatların toplanması, neyronal elementlərin nekrozu, fotoreseptor hüceyrələrində xarici seqmentlərin qırılmaları və nekrozu prosesi başlayır. Göstərdiyimiz morfo-histoloji dəyişikliklər torlu qişada 30-54 günlərdə daha da intensivləşir. Diabetik retinopatiya zamanı lipid mübadiləsinin pozğunluqları, triqliseridlərin, fosfolipid fraksiyalarının və doymamış (enoil) yağ turşularının miqdarının dəyişməsinə əsasən müəyyən edilmişdir. Triqliseridlərin miqdarı onların hidrolizi zamanı əmələ gələn qliserin səviyyəsinə görə təyin edilmişdir. Bunun üçün əvvəlcə nümunələrdən ekstraksiya olunmuş ümumi lipidlərdən triqliseridlər alınaraq qələvi-hidroliz prosesinə buraxıldıqdan sonra əmələ gələn qliserin natrium metaperiodat ilə formaldehidə çevrilir. Formaldehid isə zəif sirkə turşusu məhlulunda asetil-asetonla diasetil-dehidrolitin əmələ gətirir ki, bu maddə intensiv rəng verir və rəngin intensivliyi nümunədə triqliseridlərin miqdarına mütanasib olur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.05.2015

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR