FAKOEMULSİFİKASİYADA FAKOFRAQMENTASİYANIN RİYAZİ MODELİNİN İŞLƏNİB HAZIRLANMASI
Açar sözlər:
fakoemulsifkasiya, fakofraqmentasiyanın riyazi modeliXülasə
Məqsəd
Həndəsi parametrlərdən asılı olaraq, riyazi modelləşdirmə üsulu əsasında büllur nüvəsinin optimal fraqmentasiyası texnikasının əsaslandırılması, işlənib hazırlanması, gözün arxa və ön kamerasında katarakta nüvəsinin təhlükəsiz rotasiyasının diapazonunun müəyyənləşdirilməsi.
Material və metodlar
Kliniki tədqiqatlar akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkzinin kataraktanın cərrahiyyəsi şöbəsinə qocalıq kataraktası ilə qəbul olunmuş 51-85 yaş arasında 20 xəstə (20 göz) üzərində aparılmışdır. Görmə itiliyi düzgün işıq proyeksiyasından 0,06-dək təşkil etmişdir. Əməliyyat İsveçrənin “OERTLI” şirkətinin istehsalı olan “Catarex” və “OS-3” fakoemulsifkatorlarında aparılmışdır. Bu xəstələr kombinə edilmiş fakofraqmentasiya və ultrasəs fakoemulsifkasiyası üsullarının reprezentativ müqayisəli qiymətləndirilməsinə nail olmaq üçün əvvəlcədən həmcins olan kliniki-funksional göstəricilərə malik pasiyentlərin selektiv surətdə seçilməsi əsasında formalaşmışdır.