ATİPİK PEDİATRİK BİLATERAL TOKSOPLAZMOZ (KLİNİK HAL)
DOI
https://doi.org/10.30546/2709-4634.2023.47.022.Açar sözlər
pediatrik toksoplazmoz, atipik toksoplazmoz, Toxoplasma gondii, uveitXülasə
Məqalədə, 14 yaşlı uşaq Ə.A., pasiyentdə ikitərəfli pediatrik göz toksoplazmozunun atipik klinik halı təsvir edilmişdir. Burada göz toksoplazmozu xoroidal işemiya və tor qişanın ekssudativ qopması kimi özünü biruzə vermişdir. Aparılmış müayinələrə əsasən pasiyentə “Sağ gözün kəskin toksoplasmoz xororetiniti” diaqnozu qoyulmuşdur. Klinikaya uyğun olaraq müvafiq terapiya aparılmışdır və müsbət nəticə əldə olunmuşdur.