ИНДИВИДУАЛЬНЫЙ ПОДХОД К ТЕРАПЕВТИЧЕСКОМУ ОБУЧЕНИЮ БОЛЬНЫХ ГЛАУКОМОЙ РАЗНЫХ ВОЗРАСТНЫХ ГРУПП
Açar sözlər:
müalicəyə bağlılıq, qlaukoma, individual məsləhətXülasə
Məqsəd – BABQ ilə pasiyentlərin müalicəyə bağlılığının terapevtik təliminin müxtəlif modellərinə təsirini öyrənmək
Material və metodlar
Tədqiqata Altay bölgəsində yaşayan və Altay bölgəsi Oftalmoloji Xəstəxanasında müalicə alan i, ii, iii, iV mərhələli qlaukoması olan 366 pasiyent daxil edilmişdir. Xəstələr 3 qrupa bölünmüşdür: 1-ci qrup – orta yaşlı 104 xəstə (45-59 yaş), 2-ci qrup – yuxarı yaşlı 164 xəstə (60-74 yaş), 3-cü qrup – qoca yaşlı 98 xəstə (75 yaş və yuxarı). 112 2018/1 (26) ORİJİNAL MƏQALƏLƏR Hər bir qrup 3 yarımqrupa bölünmüşdür: A, B və C. Təklif olunmuş terapevtik təlim metodunu nəzərə alaraq: A – təklif olunmuş xüsusi ədəbiyyatın sərbəst tədqiqi, B – qlaukoma haqqında mühazirə kursu və C – qlaukomalı pasiyentin dərin əsaslı individual konsultasiyasının aparılması. Bağlılıq hipotenziv preparatların qəbulunun müntəzəmliyi üzrə Moriski-Qrin testinin istifadəsi ilə, bağlılıq dərəcəsi isə qeyd olunmuş kriteriyalar üzrə təlimdən qabaq, təlimdən dərhal sonra və təlimdən 1-6 ay sonra qiymətləndirilmişdir. Statistik emal "STATiSTiCA 6" paketinin köməyi ilə edilmişdir.
Nəticələr
A yarımqrupunda aparılmış terapevtik təlimdən sonra bağlılıq dərəcəsinin yaxşılaşması yalnız orta yaşlı pasiyentlərdə, B yarımqrupunda orta və yuxarı yaşlı pasiyentlərdə bütün nəzarət müddətlərində (р<0,05), qoca yaşlı pasiyentlərdə terapevtik təlimdən dərhal və 1 ay sonra (р<0,05), C yarımqrupunda bütün yaş qruplarında olan pasiyentlərdə bütün nəzarət müddətlərində (р<0,05) qeyd olunmuşdur.
Yekun
Dərin əsaslı individual konsultasiya metodunun yüksək effektivliyi onun qlaukomalı xəstələrin terapevtik təlimində seçim olaraq məsləhət görməyə icazə verir.