ЛЕЧЕНИЕ ПОМУТНЕНИЙ РОГОВИЦЫ ПОСЛЕ ПЕРЕНЕСЕННОГО ОФТАЛЬМОГЕРПЕСА
Açar sözlər:
buynuz qişanın bulanması, oftalmoherpes, müalicə, antikatarakatal damcılarXülasə
Məqsəd - keçirilmiş oftalmoherpesdən sonra müxtəlif intensivli buynuz gişa bulanmalarının müalicəsində katarakta əleyhinə damcıların istifadəsinin effektivliyinin öyrənilməsi.
Material və metodlar
Bizim nəzarət altında keçirilmiş oftalmoherpesdən sonra (herpetik keratit, keratouveit) müxtəlif intensivli
buynuz gişa bulanmaları ilə xəstələrin sayı cəmi 360 xəstə olmuşdur (188 kişi və 172 qadın, 24-72 yaş həddində,
orta hesabla (41,5±12,3) yaş). Tədqiqata hər üç qrupda (birinci əsas, ikinci əsas və müqayisə qruplarında) 120
xəstə (120 göz) daxil edilmişdir: leykoma ilə - 42 xəstə (42 göz), makula ilə - 210 xəstə (210 göz) və nubekula
ilə 108 (108 göz).
Nəticə
Birinci əsas qrupda Oftan-kataxrom damcısı ilə müalicə alan 120 xəstədən - aydın bildirilmiş terapevtik effekti
(görmə itiliyinin artırılması 10%-dan artıq) 99 (82,5%) xəstədə, zəif müalicəvi təsiri (görmə itiliyinin artırılması
10%-dan az) 12 xəstədə (10%), təsirin olmaması 9 (7,5%) xəstədə qeydə alınmışdır. İkinci əsas qrupda Quinax
damcısı ilə müalicə alan 120 xəstədən - aydın bildirilmiş müalicəvi təsiri 78 (65%) xəstədə, zəif müalicəvi təsiri
22 (18,3%) xəstədə, təsirin olmaması 20 (16,7%) xəstədə qeydə alınmışdır. Nəzarət qrupundaTaufon damcısı ilə
müalicə alan 120 xəstədən - aydın bildirilmiş müalicəvi təsiri 82 (68,3%) xəstədə, zəif müalicəvi təsiri 19 (15,8%)
xəstədə, təsirin olmaması 19 (15,8%) xəstədə qeydə alınmışdır.
Yekun
Optimal nəticə əldə etmək üçün və görmə itiliyinin artırılmasına nail olmaq məqsədi ilə residivləşən
oftalmoherpesdən sonrakı buynuz qişanın müxtəlif dərəcəli bulanmalarının müalicəsində katarakta əleyhinə Oftan-
kataxrom damcısının standart sovrulducu müalicə ilə eyni zamanda və bitirdikdən sonra monoterapiya şəklində
istifadəsi məsləhətdir.