НАШ ОПЫТ ИСПОЛЬЗОВАНИЯ ФАКИЧНЫХ ЛИНЗ ARTISAN ДЛЯ КОРРЕКЦИИ МИОПИИ ВЫСОКОЙ СТЕПЕНИ
Xülasə
İşin məqsədi: Yüksək dərəcəli miopiyalarda fakik İOL Artisamn implantasıyasi ilə korreksiyasımn nəticələrinin analizi
Material və metodlar
Cərrahi əməliyyatlar 16 xəstədə (27 göz) aparılmışdir: 5-i kişi və 11-i qadm. Yaş həddi
18-36 arasındadır . Müşahidə müddəti 3 aydan 2 ilə qədərdir. Sferik refraksiya - 9.0 D dan - 19.0 D diapazonunda
tərəddüd edir.
Nəticə və müzakirə
Görmə itiliyi cərrahi əməliyyatdan 3 ay sonra bütün xəstələrdə 0,5 və yüksək olmuşdur.
Orta hesabla sferik komponent -0,59±0,4 D olur. Əməliyyatdan sonra GDT orta hesabla cərrahi əməliyyatdan
sonra 17 mm c st olub. Endotel hüceyrələrinin məhvi 1.5 %-den (0.5-1.5 %) artıq qeyd olunmayib.
Nəticə
Beləliklə nəticələrə əsaslanaraq demək olar ki, yüksək dərəcəli miopiyalarda fakik İOL Artisamn
implantasiyası ilə cərrahi əməliyyatlar effektiv, stabil, təhlükəsizdir.