RESİDİVLƏŞƏN HERPETİK KERATOUVEİTİN MÜALİCƏSİNDƏ PLAZMAFEREZ İLƏ BİRGƏ OZONTERAPİYANIN EFFEKTİVLİYİ

Авторы

  • Qasımov E.M.
  • Quliyeva M.H.
  • Feyziyeva K.V.

Açar sözlər:

herpetik keratouveit, residiv, membran plazmaferez, ozonoterapiya

Xülasə

Məqsəd – residivləşən herpetik keratouveitin müalicəsində ənənəvi metodları ilə yanaşı ozonoterapiya və membran plazmaferezin birgə istifadəsinin efektivliyinin qiymətləndirilməsi.

Material və metodlar
Tədqiqata residivli herpetik keratouveit keçirən 42 xəstə daxil olunmuşdur. Pasientlərin yaşı 20-64 (42,7±10,4) arasında olub, 24 kişi və 18 qadından ibarət olmuşdur. Xəstələr - ozonoterapiyası ilə birlikdə plazmaferez qəbul edən əsas qrup (22 nəfər - 22 göz) və yalnız plazmaferez alan müqayisə qrupu (20 nəfər -20 göz) olmaqla iki qrupa bölünmüşdürlər. Bütün xəstələr ənənəvi müalicə alırdılar.

Nəticələr
Tədqiqatlar əsasında müəyyən edilmişdir ki, əsas qrupda ənənəvi terapiya və membran plazmaferezi ilə yanaşı ozonoterapiya alan xəstələrdə müalicənin efektivliyi daha yüksək olmuşdur: sağalma 86.3%, yaxşılaşma 13.7% təşkil etmiş, efektivsizlik müşahidə olunmamışdır. Müqayisə qrupunda əlavə müalicə kimi yalnız membran plazmaferezini qəbul edən xəstələrdə isə sağalma 70%, yaxşılaşma 25% və efektivsizlik 5% müşahidə olunmuşdur. Həmçinin, ənənəvi müalicə ilə eyni vaxtda ozon terapiya ilə plazmaferez alan xəstələrin əsas qrupunda əsas klinik göstəricilər: buynuz qişanın infltrasiyasının rezorbsiya müddəti (əsas qrupda 19,3±0,62 gün və müqayisə qrupunda 22,9±0,72 gün, p<0,05), qüzehli qişa infltrasiyasının rezorbsiya müddəti (əsas qrupda 21,4±0,2 gün və müqayisə qrupunda 24,8±0,1 gün, p<0,05) və müalicənin (davamlılıq) müddəti (əsas qrupda 22,1±0,1 gün və müqayisə qrupunda 25,9±0,5 gün, p<0,05) əhəmiyyətli dərəcədə qısalmışdır.

Yekun
Beləliklə, residivləşən herpetik keratouveitin müalicəsində daha optimal nəticələr əldə etmək üçün standart antiherpetik müalicənin başlanması ilə eyni zamanda ildə 1-2 dəfə membran plazmaferez ilə ozonoterapiyanın birgə kursunun aparılması tövsiyə olunur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.07.2022

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 7 > >>