АНАЛИЗ ДОППЛЕРОГРАФИЧЕСКИХ И ЭЛЕКТРОФИЗИОЛОГИЧЕСКИХ ИЗМЕНЕНИЙ ПРИ ПИГМЕНТНОМ РЕТИНИТЕ У ПАЦИЕНТОВ СРЕДНЕГО ВОЗРАСТА

Authors

  • Касимов Э.М.
  • Мамедзаде А.Н.
  • Оруджева С.Н.
  • Исмайлова У.С.

Keywords:

pigmentli retinit, rəngli doppler kartlaşdırılma, elektroretinoqrafiya

Abstract

Məqsəd - piqmentli retinitin müxtəlif mərhələləri zamanı göz damarlarında hemodinamik parametrlərin və
ERQ göstəricilərinin dəyişikliklərinin korrelyasiyasının öyrənilməsi olmuşdur.

Material və metodlar
Piqmentli retinit diaqnozu ilə yaş həddi 25-44 arasında olan 105 pasiyentdə (210 göz) müayinə aparılmışdır.
Onlardan 42-si qadın, 63-ü kişi olmuşdur. Piqmentli retinit zamanı funksional dəyişikliklərə görə (D.A. Newsom,
1988, təsnifatı üzrə) pasiyentlər 3 qrupa ayrılmışdır: I qrup - başlanğıc mərhələli pasiyentlər 25 nəfər (50 göz),
II qrup - orta ağır mərhələli pasiyentlər 38 nəfər (76 göz), III qrup - ağır mərhələli pasiyentlər 42 nəfər (84 göz).
Gözdə qan axınını öyrənmək üçün RDK «TOSHIBA» firmasının «Nemio XG SSA-580A» ultrasəs diaqnostik
aparatında 8 mHz xətti datçik vasitəsilə həyata keçirilmişdir. Bütün xəstələrdə ROLAND CONSULT Super Color
Ganz feld Q450 SC (Almaniya) aparatında ERQ (ümumi, ritmiki və makulyar) aparılmışdır.

Nəticə
Elektroretinoqrafiya və rəngli doppler kartlaşdınlma nəticələri pigmentli retinitin orta ağır və ağır mərhələlərində
statistik dürüst dəyişikliklərin olduğunu göstərir, həmçinin başlanğıc mərhələdə də pozğunluqların olduğunu
bildirir. RDK PR-də hemodinamik pozğunluqları zamanında aşkarlamağa imkan yaradır. ERG göstəricilərinin
təhlili fotoreseptorların funksiyasının azalması göz damarlarında qan axınının pozulmasına paralel baş verdiyini
bildirir.
Beləliklə, PR-li pasiyentlərin erkən diaqnostikasında və monitorinqində, eləcə də müalicə-profilaktik tədbirlərin
aparılması üçün doppleroqrafik və elektrofizioloji müayinələrin aparılması zəruridir.

Downloads

Download data is not yet available.

Published

2019-05-13

Issue

Section

ORIGINAL ARTICLES

How to Cite

[1]
Касимов Э.М. et al. 2019. АНАЛИЗ ДОППЛЕРОГРАФИЧЕСКИХ И ЭЛЕКТРОФИЗИОЛОГИЧЕСКИХ ИЗМЕНЕНИЙ ПРИ ПИГМЕНТНОМ РЕТИНИТЕ У ПАЦИЕНТОВ СРЕДНЕГО ВОЗРАСТА. The Azerbaijan Journal of Ophthalmology. 29 (May 2019), 102–108.
Article Footer

Similar Articles

1-10 of 32

You may also start an advanced similarity search for this article.