ПРИМЕНЕНИЕ БИОПОКРЫТИЙ ПРИ ЛЕЧЕНИИ ЯЗВЕННЫХ КЕРАТИТОВ РАЗЛИЧНЫХ ЭТИОЛОГИЙ

Müəlliflər

  • Талыбова С.Р.
  • Гулиева М.Г.
  • Рафиев Ф.Д.
  • Кулиева С.Н.
  • Пашаева Ш.Б.

Açar sözlər

keratitlər, amniotik membran, sərt beyin qişası

Xülasə

Məqsəd: Xoralaşmış keratitlərin müalicəsində bioörtüklərin tətbiqinin effektivliyinin qiymətləndirilməsi.

Material və metodlar
Bakterial, viruslu və göbələk keratiti olan 18 xəstədə uzunmüddətli müalicəyə
baxmayaraq epiteli qatının defekti və stromanın nazikləşməsi davam etmişdir və bu da dessemetosele və hətta
perforasiyaya gətirib çıxarmışdır. Epitel qatının defekti və stromanın nazikləşməsi olan 8 xəstəyə amnion
membranın (AM) transplantasiyası edilmişdir. Dessemetosele və perforasiyası olan 10 xəstədə sərt beyin qişası
(SBQ) transplantasiya olunmuşdur.

Nəticə və müzakirələr
AM 2-3 həftə sonra və SBQ 1-2 ay sonra tam olaraq sorulmuşdur.
Xəstələrin hamısında buynuz qişanın epiteli qatının defekti bağlanmışdır, iltihabi proses tam dayanmışdır. AM
transplantasiyası olan xəstələrdə görmədə artma olmuşdur, buynuz qişa qismən şəffaflaşmışdır. SBQ köçürülən
xəstələrdə komeada çapıqlaşma və neovaskulyarizasiya prosesi getmişdir. Bütün xəstələrdə göz almasının
saxlanılması əldə edilmişdir.

Xülasə
Belə bir nəticəyə gəlmək olar ki, AM-ın tətbiqi onun göz almasının üzərində qalması müddəti ilə
məhdudlaşır, və ona görə də səthi xoralarda istifadəsi daha məqsədəuyğundur. Sərt beyin qişasının gözün səthi
üzərində daha uzunmüddətli qalması onu daha dərin xora, hətta desemetosele və perforasiyalarda istifadəsinə
imkan verir. Beləliklə, hər iki bioörtüyün özünəməxsus üstünlükləri və çatışmazlıqları var və tədqiqat davam
etdirilməlidir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

30.11.2011

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Талыбова С.Р. et al. 2011. ПРИМЕНЕНИЕ БИОПОКРЫТИЙ ПРИ ЛЕЧЕНИИ ЯЗВЕННЫХ КЕРАТИТОВ РАЗЛИЧНЫХ ЭТИОЛОГИЙ. Azərbaycan Oftalmologiya Jurnalı. 7 (Nov. 2011), 81–86.
Article Footer

Oxşar məqalələr

11-20 : 54

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.