ИМПЛАНТАЦИЯ ИРИДО-ХРУСТАЛИКОВОГО ПРОТЕЗА БОЛЬНОМУ С ЧАСТИЧНОЙ ТРАВМАТИЧЕСКОЙ АНИРИДИЕЙ (СЛУЧАЙ ИЗ КЛИНИКИ)
Açar sözlər
travmatik aniridiya, güzehli qişa proteziXülasə
Kliniki hal. Xəstə C., 1986 il təvəllüdlü, sağ gözün görmə itiliyinin zəifləməsindən və işıqdan qorxmadan
şikayyətləri ilə bizim mərkəzə müraciət etmişdir. Dediyinə görə 2010-cu ildə sağ gözünü şüşə ilə zədələmişdir və
həmən vaxt buynuz qişanın yaralanmasının birincili cərrahiyyə işlənməsi aparılmışdır.
07.08.2012-ciildə OD Travmatik kataraktanın fakoaspirasiyası və metakril irido-büllur protezin implantasiyası
(MİOL +22,5 D) cərrahi əməliyyatı aparılmışdır. Bununla cərrahi müalicə zədələnmiş gözün funksional və kosmetik
bərpasını təmin etmişdir. Əməliyyat nəticəsində görmə itiliyi artmışdır (əməliyyatdan əvvəl - 0,01; sonra - 0,7).