KERATOKONUSUN MÜALİCƏSİNDƏ “KERANATURAL” İMPLANTASİYASININ NƏTİCƏLƏRİ

Müəlliflər

Açar sözlər

keratokonus, KeratoNatural, CAIRS, korneal alloqraft

Xülasə

Məqsəd – keratokonusun müalicəsində “KeraNatural” alloqraftın implantasiyası nəticələrini qiymətləndirmək.

Material və metodlar
Tədqiqata Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə müraciət edən III-IV mərhələdə olan keratokonus diaqnozu qoyulan 28 xəstə (31 göz) daxil edilmişdir. Həmin xəstələrdə “İntracorneal Keranatural implantasiyası” əməliyyatı tətbiq olunmuşdur. Allograft Corneal Ring (KeraNatural) – göz bankınan alınan sterilləşdirilmiş buynuz qişa toxumasıdır (Lions VisionGift, Orlando, USA).

Nəticələr
Əməliyyatda planlaşdırılan və gözlənilən əsas nəticə – görmə funksiyasının yaxşılaşması təmin edilmişdir: korreksiyasız görmə itiliyi 3 dəfəyə qədər yaxşılaşmış (0,15 ± 0,03-dən 0,42 ± 0,04-ə qədər; p < 0,01), maksimal korreksiya ilə görmə itiliyi optimallaşmışdır (0,35 ± 0,04-dən 0,74 ± 0,02-ə qədər). Refraksiyanın silindrik (–9,42 ± 0,14 və –3,36 ± 0,14; p > 0,05) və sferik (–10,04 ± 0,11 və –2,88 ± 0,10; p > 0,05) komponentləri də dəyişmişdir.

Yekun
Yekun olaraq, keratokonus xəstələrinin görmə qabiliyyətini həqiqətən biouyğun olan materialla artırmaq üçün yeni İstanbul nomoqramı ilə steril alloqraft buynuz qişa seqmentləri implantasiya edilmişdir. Bu pilot tədqiqatın nəticələrinin əvvəllər dərc edilmiş sintetik seqmentlər (intracorneal synthetic segments – ICRS) ilə müqayisə oluna biləcəyi aşkar edilmişdir. Əldə olunan nəticələr bu cərrahi üsulun keratokonusun müalicəsi üçün perspektivli olduğunu göstərir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

02.04.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Məhərrəmov P.M. 2026. KERATOKONUSUN MÜALİCƏSİNDƏ “KERANATURAL” İMPLANTASİYASININ NƏTİCƏLƏRİ. Azərbaycan Oftalmologiya Jurnalı. 18, 56 (Apr. 2026), 57–63.
Article Footer

Oxşar məqalələr

31-40 : 46

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.