UŞAQ VƏ YENİYETMƏLƏRDƏ GÖZ TİKLƏRİNİN NEYROOFTALMOLOJİ MÜALİCƏSİNİN XÜSUSİYYƏTLƏRİ

Müəlliflər

DOI

https://doi.org/10.71110/ajo791020251704553339

Açar sözlər

göz tikləri, psevdomiopiya, baş ağrıları

Xülasə

Məqsəd – uşaq və yeniyetmələrdə göz tiklərinin differensial diaqnostikasının əsasında neyrooftalmoloji müalicəsinin xüsusiyyətlərini qiymətləndirmək.

Material və metodlar
Yaşı 5–17 arasında olan 75 pasiyent (42 oğlan və 33 qız, prepubertal və pubertal dövrlərdə) müayinə olunmuşdur. Bütün uşaqlarda hərtərəfli oftalmoloji müayinə aparılmışdır: görmə itiliyinin təyini, retinoskopiya skiaskopiya, dinamik refraksiyanın müəyyənləşdirilməsi, refraksiya pozğunluqlarının korreksiyası, biomikroskopiya, oftalmoskopiya və ehtiyac olduqda, konyuktival mikrofloranın mikrobioloji analizi.

Nəticələr
Gözdə tik müşahidə olunan 75 pasiyentin 38-də (51%) akkomodasiya spazmı (yüngül astiqmatizmlə), 25-də (33%) bakterial blefarit/xroniki konyunktivit, 25-də (33%) isə hər iki patologiyanın birləşməsi aşkar olunmuşdur. 12 pasiyentdə (12%) hər hansı göz patologiyası müəyyən edilməmiş, onlarda diqqət defisiti və hiperaktivlik sindromu (DDHS) diaqnozu qoyulmuşdur.

Mikrobioloji müayinə nəticəsində bakterial blefarit və ya xroniki konyunktivit ilə 22 pasiyentdə (87%) Staphylococcus epidermidis, 3 pasiyentdə (13%) isə Staphylococcus aureus aşkarlanmışdır.
Dinamik refraksiya uşaqlarda “Plusoptix A09” refraktometri vasitəsilə sikloplegiyadan əvvəl və sonra (iki dəfə Siklopentolat damızdırıldıqdan sonra) qiymətləndirilmişdir. Müayinə olunan uşaqlar arasında 23-də konvergensiya çatışmazlığı, 15-də isə ekzoforiya müəyyən edilmişdir.

Yekun
Əgər eynək korreksiyası təyin olunduqdan sonra tiklərin intensivliyi azalsa da, tamamilə yox olmursa, müalicəyə qamma-amino yağ turşusu (QAYT, GABA) preparatlarının və neyroleptiklərin əlavə edilməsi daha effektiv nəticələr verə bilər.

Müşahidələrimiz göstərir ki, nevroloji müalicə ilə yanaşı, oftalmoloqun iştirakı ilə kompleks terapiya psevdomiopiya, miopiya və çəpgözlüyün proqressivləşməsinin qarşısını almağa və uşağı arzuolunmaz nevroloji simptomlardan azad etməyə kömək edir.

Gözdə tiklərin erkən və vaxtında differensial diaqnostikası effektiv müalicə nəticələrinin əldə edilməsinə imkan yaradır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Endirin

Dərc olunub

14.01.2026

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Necə istinad edilir

[1]
Hacıyeva N.R. and Salmanova S.Z. 2026. UŞAQ VƏ YENİYETMƏLƏRDƏ GÖZ TİKLƏRİNİN NEYROOFTALMOLOJİ MÜALİCƏSİNİN XÜSUSİYYƏTLƏRİ. Azərbaycan Oftalmologiya Jurnalı. 17, 55 (Jan. 2026), 33–39. DOI:https://doi.org/10.71110/ajo791020251704553339.
Article Footer

Oxşar məqalələr

91-100 : 371

Bu məqalə üçün əlavə olaraq Təkmilləşmiş bir oxşarlıq axtarışı başladın edə bilərsiniz.