SPEKTRAL OPTİK KOHERENT TOMOQRAFİYA GÖSTƏRİCİLƏRİ ƏSASINDA VİTREOMAKULYAR İNTERFEYSDƏ OLAN PATOLOJİ PROSESLƏRİN İNKİŞAF DİNAMİKASI

Авторы

  • Əliyev X.D.
  • Abdullayeva E.Ə.
  • Kazımova B.X.

Açar sözlər:

spektarl optik koherent tomoqrafya, arxa hialoid membran, daxili hüdudi membran, makulanın lamelyar yırtığı

Xülasə

Məqsəd – spektral optik koherent tomoqrafya müayinəsi (SOKT) vasitəsilə torlu qişa ilə şüşəvari cismin arxa hialoid membranının (AHM) qarşılıqlı əlaqə dinamikasının öyrənilməsi və bu göstəricilər əsasında müalicə taktikasının təyin edilməsi.

Material və metodlar
Tədqiqat materialı kimi 144 pasiyentin (274 göz) torlu qişasının makulyar sahəsinin SOKT müayinəsi vasitəsilə aparılan dinamik müşahidəsinin nəticələri götürülmüşdür. Yaş həddi 30-82 arasında olmuşdur. Bu zaman xəstələr əsasən, görmə itiliyinin azalmasından, göz önündə uçan bulanmalardan, metamorfopsiyadan şikayət etmişlər. Müşahidə müddəti 12 ay olmuşdur. Bütün xəstələrdə standart müayinə üsulları: görmə itiliyinin təyini, asferik kontaktsız linzalar vasitəsilə oftalmoskopiya, yarıqlı lampa vasitəsilə şüşəvari cismin biomikroskopiyası ilə yanaşı SOKT müayinəsi aparılmışdır. SOKT müayinəsi Almaniyanın Carl Zeiss Meditec frmasının istehsalı olan Spectral HD OCT–4000 cihazında yerinə yetirilib. Tədqiqatın gedişində alınmış bütün rəqəm göstəricilərinin statistik təhlili MS OFFİCE EXCEL proqramında aparılmışdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.05.2015

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 > >>