ОСОБЕННОСТИ КЛЕТОЧНОГО ИММУНИТЕТА ВЗРОСЛЫХ, ДОНОШЕННЫХ И НЕДОНОШЕННЫХ ДЕТЕЙ С РЕТИНОПАТИЕЙ ПЕРВОГО ГОДА ЖИЗНИ
Açar sözlər:
vaxtından qabaq doğulmuşların retinopatiyası, hüceyrə immuniteti, vaxtında doğulmuşlar, böyüklər, autoimmunitet, Т-tənzimləyicilər, В-hüceyrələrXülasə
Məqsəd – böyüklər və vaxtında doğulmuş uşaqlarla müqayisədə vaxtından qabaq doğulmuşlarda autoimmun pozuntuların inkişafında hüceyrə immunitetini öyrənmək, xəstəliyin kliniki şəkli ilə bu hüceyrələrin kəmiyyət defektinin qarşılıqlı əlaqəsini müəyyən etmək.
Material və metodlar
Ümumiyyətlə bizim tərəfmizdən böyük yaşlı şəxslərin çoxsaylı qrupu (müqayisə qrupu), 1,5 aylıq – 1 yaşında 27 vaxtında doğulmuş somatik sağlam uşaq (kontrol qrupu) və III+-V aktiv mərhələdə 25-32 həftə gestasiya müddətində 1,5 aylıq – 1 yaşında prosesin yüksək aktivliyi ilə 60 uşaq (tədqiqat qrupu) müayinədən keçib. 1,5-3 aylıq – 39 uşaq, 3,5-6 aylıq – 31 uşaq, 6,5-12 aylıq – 17 uşaq müşahidə altında olmuşdur.
Nəticə
Aparılan tədqiqatlar nəticəsində təstiq edilmişdir ki, böyüklərin və uşaqların hüceyrə immuniteti əhəmiyyətli dərəcədə fərqlənir. Vaxtında doğulmuş uşaqlarla müqayisədə retinopatiya ilə xəstələrin qanında T-hüceyrələrin, T-helperlərin ümumi miqdarı, T-helperlərin və sitotoksik T-limfositlərinin nisbəti, T-tənzimləyicilərin miqdarı və səviyyəsi əhəmiyyətli dərəcədə enmişdir, autoimmunitetə cavabdeh olan B-hüceyrələrin miqdarı yüksəlmişdir. Bu, ola bilsin T-tənzimləyicilər cavabdeh olduğu immunoloji mexanizmlər tolerantlığının dəyişiklikləri və pozulması ilə əlaqədardır.
Yekun
Tədqiqatın nəticələri böyüklər, vaxtında doğulmuş somatik sağlam uşaqların və müxtəlif mərhələlərdə retinopatiya ilə vaxtından qabaq doğulmuşların T- və B- limfositləri miqdarının dəyişilməsini göstərmişdir. İmmunoloji tolerantlığın formalaşdırılması üçün T-tənzimləyicilərin miqdarının və funksional aktivliyinin artırılması vacibdir