SİLİKON TAMPONADASININ TORLU QİŞANIN VƏ GÖRMƏ SİNİRİ MƏMƏCİYİNİN MİKROSİRKULYASİYASINA TƏSİRİNİN DƏYƏRLƏNDİRİLMƏSİNDƏ OPTİK KOHERENT TOMOQRAFİYA-ANGİOQRAFİYASININ ROLU (ƏDƏBİYYAT İCMALI)

Авторы

DOI:

https://doi.org/10.71110/ajo79102024160451107120

Açar sözlər:

silikon tamponadası, optik koherent tomoqrafiya-angioqrafiyası, torlu qişanın reqmatoqen qopması, peripapillyar mikrosirkulyasiya

Xülasə

Silikon tamponadası (ST) proliferativ diabetik retinopatiya və torlu qişanın reqmatogen qopması kimi xəstəliklərin vitrektomiya əməliyyatlarında geniş istifadə olunur, lakin bəzi hallarda tor qişanın tam funksional bərpasını təmin etmir. ST-dan sonra izah olunmayan görmə pozğunluqları, struktur və mikrosirkulyasiya dəyişiklikləri ədəbiyyatda qeyd edilmişdir. Ədəbiyyat icmalı ST ilə vitrektomiyadan sonra torlu qişanın reqmatogen qopması olan gözlərdə torlu qişanın kapilyar şəbəkəsinin optik koherent tomoqrafiya-angioqrafiyasının (OKT-A) xüsusiyyətlərini araşdıran çoxsaylı tədqiqatlar aşkar etmişdir. Bu tədqiqatlar silikon yağının torlu qişa toxumasına potensial zərərli təsirlərini göstərir.

Mövcud məlumatlar makula və peripapillyar kapilyar pleksusda kəmiyyət baxımından damar dəyişikliklərini nümayiş etdirir. Qeyd etmək lazımdır ki, retinanın müxtəlif bölgələrində mikrosirkulyasiyada dəyişikliklər arasında uyğunsuzluq ola bilir, bu da mikrodamarların müxtəlif mənşəyilə əlaqəli ola bilər. ST olunan gözlərin struktur və funksional dəyişikliklərinin (səbəbsiz görmə itkisi daxil olmaqla) patofiziologiyasının əsasında torlu qişanın mikrosirkulyasiyasının pozulmasıdır.

OKT-A xüsusiyyətlərinin öyrənilməsi, faydalı biomarkerlərin axtarışı, əməliyyatdan sonrakı ümumi yanaşmaya töhfə vermək kömər edir və xəstələrə proqnozla bağlı məsləhət vermək qabiliyyətini yaxşılaşdırır. OKT-A göstəriciləri ST-ın retinal və peripapillyar mikrosirkulyasiyaya təsirini qiymətləndirmək üçün faydalı biomarkerlər kimi istifadə edilə bilər. Əməliyyatdan sonrakı funksional nəticələri proqnozlaşdırılması üçün OKT-A vasitəsilə qan axınının dəyişiklikləri haqqında əldə olunan məlumatının praktik əhəmiyyəti yüksəkdir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.01.2025

Nömrə

Bölmə

ƏDƏBİYYAT İCMALLARI

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

1 2 3 4 5 6 > >>