AZƏRBAYCAN XƏZƏR DƏNİZ NEFT VƏ DƏNİZ NƏQLİYYATI DONANMASI İŞÇİLƏRİNİN ƏMƏK QABİLİYYƏTİNİN MÜVƏQQƏTİ İTİRİLMƏSİNDƏ GÖZ XƏSTƏLİKLƏRİNİN ROLU
Açar sözlər:
dəniz donansı, göz xəstəlikləri, əmək qabiliyyətinin müvəqqəti itirilməsiXülasə
Məqsəd – Azərbaycan Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanması işçilərinin göz xəstəliklərinin əmək qabiliyyətinin müvəqqəti itirilməsində rolunu qiymətləndirmək.
Material və metodlar
Tədqiqatda 2021-ci ildə bütövlüklə müəssisələr üzrə, sahil və üzücü heyətlərin göz xəstəlikləri nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsi (ƏQMİ) halları araşdırılmışdır. ƏQMİ-nə səbəb olmuş xəstəlikləri XBT-10-un üç rubrikalı kodlarına müvafiq qruplaşdırılmışdır: 8 hal göz qapağı xəstəlikləri; 5 hal gözyaşı yollarının xəstəlikləri; 276 hal konyunktiva xəstəlikləri; 5 hal buynuz qişa xəstəlikləri; 16 hal göz travmaları. ƏQMİ halləri donanmalar üzrə ayrılıqda (205 XDNDdə, 96 DND-də) və ayrı-ayrı peşə qruplarında (matroslar, mexaniklər, motoristlər, bosmanlar, kapitan və kapitan köməkçiləri, kranmeysterlər, elektromexaniklər və s.) müqayisə edilmişdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallərinin tezliyi və nisbi riskin səciyyələri müqayisə olunmuşdur.
Nəticə
Xəzər Dəniz Neft və Dəniz Nəqliyyatı Donanmasının işçilərinin (100 nəfərə görə 5,23±0,35 və 5,8±0,57 hal) əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarının səviyyəsi bir-birindən əhəmiyyətli dərəcədə fərqlənmədiyi göstərilmişdir. Sahil (3,27±0,72 и 3,79±1,66) və üzücü (5,50±0,39 и 5,86±0,57) heyətlərin əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarını müqayisə edərkən oxşar nəticə müşahidə olunur. ƏQMİ səbəbləri arasında birinci yeri hər iki donanmada və bütün peşə qruplarında konyunktiva xəstəlikləri tuturlar (57,13 - 95,16%).
Yekun
Üzücü heyətin əsas peşə qruplarında göz xəstəlikləri ilə bağlı əmək qabiliyyətinin müvəqqəti itirilməsi halları nəzarət qrupu ilə müqayisədə statistik əhəmiyyətli yüksəkdir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin səbəbləri arasında konyunktiva patologiyası üstünlük təşkil edir.