РЕЗУЛЬТАТЫ ЦВЕТОВОГО ДОППЛЕРОВСКОГО КАРТИРОВАНИЯ ГЛАЗА У ДЕТЕЙ С ПИГМЕНТНЫМ РЕТИНИТОМ
Açar sözlər:
hemodinamika, piqmentli retinit, rəngli doppler kartlaşdirilma (RDK)Xülasə
Məqsəd – piqmentli retinit zamani uşaqlarda RDK vasitəsilə göz damarlarinda hemodinamik parametrlərinin öyrənilməsi.
Material və metodlar
5-14 yaşlar arası piqmentli retinit diaqnozu ilə 48 uşaq (96 göz) müayinə olunmuşdur. Piqmentli retinitin kliniki formasına görə (D.A. Newsom, 1988, təsnifatı üzrə) 4 qrup ayrılmışdır: i – tipik formalı (15 pasiyent), ii – ağ nöqtəvi (10 pasiyent), iii – piqmentsiz (10 pasiyent) və iV – mərkəzi formalı (13 pasiyent). Göz damarlarında qan axınını öyrənmək üçün RDK «TOSHiBA» frmasının «Nemio XG SSA-580A» ultrasəs diaqnostik aparatında 8 mHz xətti datçik vasitəsilə həyata keçirilmişdir. Göz arteriyası, tor qişanın mərkəzi arteriyası (TQMA) və arxa qısa siliar arteriyalar (AQSA) müayinə edilmişdir.
Nəticə
İşin nəticələri göstərmişdir ki, kliniki formasından asılı olmayaraq piqmentli retinit zamanı uşaqlarda göz damarlarında hemodinamikanın pozulması baş verir. Qan axınının maksimal sistolik və minimal diastolik sürətinin (Vmax, Vmin) və rezistentlik indeksinin (Ri) statistik dürüst azalması TQMA-da və AQSA-da müşahidə olunur.
Yekun
Uşaqlarda piqmentli retinit zamanı RDK-nın aparılması göz damarlarında qan axınını öyrənməyə və damar pozğunluqlarının səviyyəsini təyin etməyə imkan verir.