AZƏRBAYCANDA QOHUM NİKAHDAN DOĞULMUŞ UŞAQLAR ARASINDA İRSİ GÖZ XƏSTƏLİKLƏRİNİN RASTGƏLMƏ TEZLİYİ

Авторы

  • Həsənova R.M.
  • Qasımov E.M.

Açar sözlər:

anadangəlmə katarakta, anadangəlmə qlaukoma, irsi göz xəstəliyi, Leber amavrozu, mikroftalm, mikrokornea, piqmentli retinit, qohum nikahlar, tor qişanın distrofyaları

Xülasə

Məqsəd – Azərbaycanda qohum nikahdan doğulmuş uşaqlar arasında irsi göz xəstəliklərinin rastgəlmə tezliyini və kliniki xüsusiyyətlərini öyrənmək.

Material və metodlar
Tədqiqatın obyekti akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin uşaqlarda Tibbi Ekspertiza Komissiyasının 2019-2023-cü illər üzrə məlumat bazası və statistik hesabat formaları olmuşdur. Azərbaycanda qohum nikahdan doğulmuş irsi göz xəstəliyi olan 0-15 yaş uşaqlar təhlil olunmuşdur. Xəstələr A (0-5), B (6-10) və C (11-15) yaş qruplarına bölünmüşdür. Oftalmoloji vəziyyəti qiymətləndirmək üçün kompleks oftalmoloji müayinə metodlarından istifadə edilmişdir. Tədqiq olunan diaqnozlar göz patologiyasının nozoloji qruplarına görə XBT-10 kodu üzrə təsnif olunmuşdur.

Nəticə
Ümumilikdə apardığımız araşdırmanın nəticələrinə əsasən irsi göz xəstəliyi olan 560 xəstənin 409-da (73%) qohum nikah anamnezi qeyd olunan, 151 xəstə (27%) isə nəslində qohum nikahı anamnezi olmayan xəstələr olmuşdur. Yaş kateqoriyasına görə A qrupda 33% (n=187), B qrupda 41% (n=230), C qrupda 26% (n=143) xəstə sayı qeyd olunmuşdur.

Yekun
İrsi göz xəstəliyi qohum nikahlardan doğulmuş uşaqlarda daha çox rast gəlinmişdir. Belə ki, ən çox qohum nikahdan doğulmuş irsi göz xəstəliyi Bakı və Lənkəran-Astara iqtisadi rayonlarından olmuşdur. Anadangəlmə patologiyalar arasında tor qişa distrofyalarının rastgəlmə tezliyi digər anadangəlmə xəstəliklərlə müqayisədə daha yüksək olmuşdur. Məhz bu xəstəliklərin kliniki təzahürü tədqiqata daxil olan uşaqlar arasında 6-10 yaş qrupunda daha çox özünü göstərmişdir

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

24.10.2024

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

<< < 1 2 3 4 5 > >>