ADENOVİRUS KERATOKONYUNKTİVİTLƏRİNİN MÜALİCƏSİ MƏSƏLƏSİNƏ DAİR (ƏDƏBİYYAT İCMALI)
Açar sözlər:
adenovirus keratokonyunktiviti, antiviral dərmanlar, immunoterapiya, insan adenovirusu, povidon-yod, viral disseminasiyaXülasə
İnsan adenovirusu (Human adenovirus - HAdV) infeksion konyunktivitlərin ən çox yayılmış səbəbi olub, həmçinin bütün yaş və demoqrafik qruplarda rast gəlinir. Epidemik keratokonyunktivit (EKK) HAdV infeksiyasının ən ağır göz təzahürü olub, buynuz qişada subepitelial infiltratların (SEİ) yaranması buynuz qişanın zədələnməsinin əsas xüsusiyyətidir. SEİlər təkrarlanmaya meylli olur və uzunmüddətli görmə qabiliyyətinin pozulmasına səbəb ola bilər. Adenovirus keratokonyunktivitin müalicəsi üçün təsdiqlənmiş antiviral dərman yoxdur və buna görə də virusun davamlılığı və yayılması ilə bağlı problemlərin qarşısını almaq üçün həll yolları təklif edilməlidir. Yalnız simptomları azaltmaq deyil, həm də infeksiyanın gedişatını zəiflətmək və uzunmüddətli ağırlaşmaların riskinin qarşısını almaq üçün həm sistem, həm də yerli olaraq bir neçə müalicə üsulları tədqiq edilmişdir. Bu icmalda HAdV-nin davamlılığı və yayılmasının adenovirus keratokonyunktivitinin müalicəsində necə ağır problem yaratdığına diqqət yetirilmiş həmçinin, adenovirus keratokonyunktiviti ilə mübarizədə profilaktik və terapevtik üsulların mövcud və gələcək tendensiyaları müzakirə olunmuşdur.