VİRUS MƏNŞƏLİ KƏSKİN RETİNAL NEKROZ (KLİNİKİ HAL)

Авторы

  • Feyziyeva K.V.
  • Rüstəmbəyova G.R.
  • Rüstəmova N.M.

DOI:

https://doi.org/10.30546/2709-4634.2022.1(40).31

Açar sözlər:

viral uveit, panuveit, retinal nekroz, göz iltihabı, viral infeksiya

Xülasə

Məqalədə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə sol gözünün qızarması,
ağrıması və görmənin kəskin zəifləməsi şikayətləri ilə müraciət etmiş 54 yaşlı pasiyentin klinik halı
təqdim olunur. Müayinədən sonra pasiyentə “virus mənşəli kəskin retinal nekroz” diaqnozu qoyulmuşdur.
Aparılmış virus əleyhinə müalicə sayəsində pasiyentin görmə itiliyi barmaq sayından, 0,3-ə qalxmışdır,
şüşəvari cisimdəki bulanmalar sorulmuş, ödem çəkilmiş, buynuz qişada presipitatlar, retinada vaskulit
əlamətləri və iltihab ocağı azalmışdır.
Herpes virusu səbəbindən kəskin retinal nekroz baş vermiş gözdə korluq yaranmaqla yanaşı, digər
gözün zədələnməsi ehtimalı var. Bunu nəzərə alaraq vaxtında başlanmış antiviral müalicənin effekti
yüksək qiymətləndirilir və eyni zamanda ikinci gözün qorunması ilə nəticələnir.
Belə ki, herpes viruslarının yüksək yayılması və yaşlılarda reaktivasiya riskini nəzərə alaraq,
profilaktik tədbirlərə üstünlük verilməlidir. Çünki, baş vermiş korluq tibbi problemlə yanaşı, əlillik
törədib xəstənin həyat keyfiyyətini azaldıb, sosial problem də yaratmış olur.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

24.04.2022

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR

Как цитировать

[1]
Feyziyeva K.V. et al. 2022. VİRUS MƏNŞƏLİ KƏSKİN RETİNAL NEKROZ (KLİNİKİ HAL). Azərbaycan Oftalmologiya Jurnalı. 40 (Apr. 2022), 31–39. DOI:https://doi.org/10.30546/2709-4634.2022.1(40).31.

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

<< < 1 2 3 4 > >>