AZƏRBAYCANDA VAXTINDAN ƏVVƏL DOĞULMUŞLARIN RETİNOPATİYASININ YAYILMASI, ERKƏN DİAQNOSTİKASI VƏ MONİTORİNQİ

Авторы

  • Əkbərova A.T.
  • Alxasova A.F.

Açar sözlər:

vaxtından əvvəl doğulmuşların retinopatiyası, anti-VEGF, korluq, lazer koaqulyasiya, müalicə

Xülasə

Məqsəd - Azərbaycanda vaxtından əvvəl doğulmuşların retinopatiyasının (VDR) yayılmasını, xüsusiyyətlərini, risk amillərini öyrənmək, xəstəliyin erkən mərhələlərinin diaqnostika üsullarını və skrininq alqoritmini işləyib hazırlamaq.

Material və metodlar
Tədqiqata hamiləliyin <35 həftəliyində doğulmuş, çəkisi <2500 qr olan 1798 körpənin müayinə nəticələri daxil edilmişdir. Uşaqlarda orta bədən çəkisi 1610,4±9,9, orta hestasiya yaşı 31,5±0,1 olmuşdur. İntensiv terapiya və reanimasiya şöbəsində müalicə alan 323 körpənin müalicə aldığı müddətdə keçirdiyi xəstəliklər, aparılan müalicələr, laborator müayinələrin nəticələri, anaların hamiləlik anamnezi öyrənilmiş və bu amillərin VDR-nin patogenezində rolu araşdırılmışdır.

Nəticə
VDR 636 (35,4%) nəfərdə aşkarlanmışdır. Onlardan 31 uşaqda (4,9%) xəstəliyin atipik forması olan aqressiv arxa retinopatiya (A-ROP) yaranmışdır. VDR rast gəlinən uşaqların çoxu (523 uşaq, 29,1%) 2018-ci ildə, Bakı-Abşeron bölgəsində (327 uşaq, 51,4%, p<0,05) doğulmuşdur. 340 (18,9%) uşaqda immatur tor qişa zona 2, 822 (45,7%) uşaqda immatur tor qişa zona 3 rast gəlinmişdir. VDR rast gəlinən uşaqların 63-ü (9,9%) müalicə almışdır, 48 (7,5%) uşaq kor olmuşdur. Müalicə olunan uşaqların 108-də (66,7%) doğulanda bədən çəkisi ≤1500 qr olmuşdur. 7 gündən çox oksigen müalicəsi, asidoz, alkaloz, RDS, pnevmoniya, parenteral qidalanmanın uzanması, ana südü ilə qidalanmamaq, xəstəxanada uzun müalicə müddəti, baş beyinə qansizma, perinatal hipoksik ensefalopatiya (PHE) anemiya, qanköcürmə, nekrotik enterokolit (NEK), trombositopeniya, hiperbilurubinemiya, 5 gündən çox antibiotik köçürülməsi VDR-nin proqressivləşərək, müalicəsinə göstərişlərin yaranmasında əhəmiyyətli rol oynamışdır.

Yekun
Belə ki, 2015-2020-ci illər ərzində aparılan tədqiqata əsasən VDR-nin diaqnostika və müalicə alqoritmi işlənib hazırlanmış və bunun tətbiqi nəticəsində illər üzrə korluq nisbəti azalmışdır.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

26.07.2022

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR