ВАРИАНТЫ КЛИНИЧЕСКОГО ТЕЧЕНИЯ ПАТОЛОГИИ ВИТРЕОМАКУЛЯРНОГО ИНТЕРФЕЙСА ПО ДАННЫМ БИОМИКРОСКОПИИ И ОПТИЧЕСКОЙ КОГЕРЕНТНОЙ ТОМОГРАФИИ
Xülasə
İşin məqsədi şüşəvari cismin tam və ya natamam qopması, daxili hüdudi və arxa hialoid membranm hbrozu ilə müşayiət olunan vitreomakulyar interfeysdə olan patoloji dəyişilikləri sistemləşdirmək və biomikroskopik əlamətlərlə optik koherens tomoqrahya müayinəsinin (OKT) göstəricilərinin müqayisəli təhlili olmuşdur. Tədqiqat müddəti 7 ay olmuş, 35 xəstə müayinə edilmişdir. Tədqiqat materialı kimi Cirrus HD-OCT Model 4000 (Cari Zeiss Meditec Inc., Dublin, CA, USA) tomoqrafmın, göz dibinin kontaktsız 78D linza ilə biomikrooftalmoskopiya müayinəsinin və fundus kamera ilə (Cari Zeiss Meditec Inc., Dublin, CA, USA) rəngli fotoqrahyasmm nəticələrindən istifadə olunmuşdur. Tədqiqat nəticəsində arxa hialoid membranm vertikal traksiyası ilə başlayan vitreomakulyar sahədə olan proliferativ prosesin daxili hüdudi membranm hbrozuna, bu da öz növbəsində horizontal traksiya hesabına makulyar yırtığın əmələ gəlməsinə səbəb olması müşahidə olunmuşdur. Yalnız göz dibinin oftalmoskopik şəklinin, OKT müayinəsi ilə müəyyən olunan morfoloji xüsusiyyətləri ilə müqayisəli təhlili, tor qişanın makulyar sahəsinin patoloji dəyişiliklərinin səviyyəsi, ölçüləri və kliniki gedişati haqqında dəqiq nəticəyə gəlmək imkanı verir.