SÜNİ GÖZ YAŞI PREPARATLARININ MALİYYƏ TƏHLİLİ
Xülasə
Məqsəd: Hal-hazırda ölkəmizdə istifadə olunan süni göz yaşı preparatları müqayisə edilmişdir: etiketində göstərilən miqdarın flakonda olan miqdarla müqayisəsi; hər flakondakı damcıların sayı; damcının orta həcmi; müalicənin davamiyyətini təmin etmək üçün hər flakonun həcmi; preparatın aylıq və illik qiyməti.
Material və metodlar
Tədqiqata adətən istifadə olunan göz yaşı əvəzedicilərindən 5 flakon daxil edilmişdir
(Hydroxipropyl metyl celulose 10 cc; carboxymetil celulose 15 cc; polixidon 10 cc; sodium chloride 10
cc; dexpantenol 10 cc). Hər flakonun həcmi və damcıların orta sayı (45° dərəcə bucaq altında damcılananda)
ölçülmüşdür. Hər məhsuldan orta hesabla 5 flakon götürülmüş, damcıların orta həcmi və gündəlik qiyməti
hesablanmışdır. Həmçinin məhsulların reklam olunan istifadə müddətinin davamiyyəti nəzərə almırdı.
Nəticələr
Polividonun və dexpantenolun miqdarı etiketdə göstərilən miqdara uyğun gəlirdi (hər biri 10cc),
halbuki carboxymetil celulose 14.7 cc, hydroxipropyl metyl celulose 14.2 cc və sodium chloride 9.37cc miqdarı
göstəriləndən daha az idi. 45° dərəcə bucaqla damcıların maksimal sayı sodium chloride (346 damcı) və minimal
sayı dexpantenolda (241 damcı) qeyd edilmişdir. Damcı həcminin ən yüksək orta həcmi hydroxipropyl metyl
celulose (58 plt), ən aşağı sodium chloride (27 jj.lt) qeydə alınmışdır. Sodium chloride istisna olmaqla, bütün göz
yaşı əvəzediciləri tələb olunan istifadə davamiyyətinin təmin edilməsinə lazım olan miqdarda idi. Sodium chloride
üçün tələb olunan davamiyyət 8 həftə təşkil edirdi. Ən yüksək gündəlik qiymət (34 ykr) carboxymetil celulose, ən
ucuz məhsullar isə - dexpantenol (11 ykr) və polixidon (10 ykr).
Yekun
Sodium chloride başqa bütün məhsullar istehsalçının təqdim etdiyi istifadə davamiyyətinə uyğun
idi. Bütün məhsulların həcmi 20-30 jjlt təşkil edirdi. Biz hesab edirik ki, istehsal zamanı damcının həcminin
tənzimlənməsi müalicənin gündəlik qiymətinin aşağı salınması gətirib çıxarar.