TİROİD OFTALMOPATİLİ OLGULARDA PULSE STEROİD TEDAVİSİ
Xülasə
Məqsəd: Qalxanvarı vəzin orbitopatiyası olan (TO) eutireoidli xəstələrin aktiv fazasında yüksək dozalı venadaxili (VD) metilprednizolonun effektivliyinin öyrənilməsi, sonradan oral prednizondan istifadə etməklə.
Material və metodlar
Steroid müalicə alan 24 TO xəstələr nəzarətdən keçmişdir. Kliniki aktivliyin sayı
(KAS) 4 və daha çox olan xəstələrə metilprednizolon v/d 3 gün ərzində verilirdi, sonrakı oral prednizon ilə. Hertel
eksoftalmometrin (HE) göstəriciləri və KAS müalicədən əvvəl və müalicənin 3 ayına hesablanırdı.
Nəticələr
Nəzarət dövrünün sonunda HE göstəricilərinin (p<0.001) və KAS-m (p<0.001) əhəmiyyətli dərəcədə
azalması müşahidə edilirdi. Heç bir xəstədə KAS-m artımı müşahidə olunmurdu. Müalicəyə baxmayaraq, 6 xəstədə
(25%) residiv baş vermişdir.
Yekun
Yüksəkdozalı v/d metilprednizolon, sonrakı oral prednizon ilə, TO xəstələrin müalicəsi üçün effektiv
rejim sayıla bilər.