TƏKRAR VİTREORETİNAL ƏMƏLİYYATLAR ZAMANI OKULOVİSSERAL REFLEKSLƏRİN RASTGƏLMƏ TEZLİYİNİN PROFİLAKTİKASINDA MÜXTƏLİF ANESTEZİYA ÜSULLARININ EFFEKTİIVLİYİNİN MÜQAYİSƏLİ TƏHLİLİ
Açar sözlər:
təkrar vitreoretinal əməliyyatlar, okuloqastral refleks, okulokardial refleksi, multimodal anesteziyaXülasə
Məqsəd – təkrar vitreoretinal əməliyyatların anestezioloji təminatının təhlükəsizliyini və səmərəliliyinin artırılması məqsədi ilə müxtəlif anesteziya metodlarının tətbiqi ilə okuloqastral və okulokardial reflekslərin rastgəlmə tezliyinin öyrənilməsi.
Material və metodlar
Tədqiqat işi 23-57 yaş arasında (orta yaş həddi – 43,4) olan xəstələr üzərində aparılmış 58 müxtəlif təkrar vitreoretinal əməliyyatların nəticələrinin öyrənilməsinə əsəslanır. Anesteziya metodlarına əsasən əməliyyatlar 2 qrupa bölünmüşdür: I qrup – ümumi endotraxeal (propofol əsasında) anesteziya (ÜEA) (n=21); II qrup – multimodal endotraxeal (propofol əsasında) – regionar (subtenon, applikasiyon) anesteziya (MERA) (n=37).
Nəticə
Okuloqastral reflekslərin rastgəlmə tezliyi II qrupda statistik olaraq az olmuşdur – 5,4% (р<0,001), I qrupla ilə müqayisədə 47,6% təşkil etmişdir. Həmçinin okulokardial reflekslərin rastgəlmə tezliyi II qrupda statistik olaraq az olmuşdur 16,2% (р<0,01), I qrupla ilə müqayisədə – 52,4%.
Yekun
Aparılan tədqiqat göstərir ki, təkrar vitreoretinal cərrahiyyə əməliyyatlarının anestezioloji təminatı baxımından, multimodal endotraxeal-regionar anesteziya mümkün okuloqastral və okulokardial reflekslərin profilaktikasını təmin edən daha optimal anesteziya metodu hesab oluna bilər.