AZƏRBAYCANDA YAŞLI ƏHALİ ARASINDA ÜMUMİ OFTALMOPATOLOGİYANIN DİNAMİKASININ ÖYRƏNİLMƏSİNƏ VƏ ONUN AZALDILMASI YOLLARININ AXTARIŞINA DAİR

Авторы

  • Ağayeva R.B.
  • Rüstəmova N.M.
  • Nəzərli C.A.

Açar sözlər:

ümumi oftalmopatologiya, qlaukoma, katarakta, miopiya, korluq və zəifgörmə, yaşlı əhali, mütləq risk

Xülasə

Məqsəd – yaşlı əhali arasında görmə orqanının
əsas patologiyaları ilə əlaqədar ilkin xəstələnmənin
yayılmasını (səviyyəsi, strukturu, dinamikası və
xüsusiyyətlərini) öyrənmək.
Material və metodlar
Azərbaycan Respublikasının yaşlı (18 yaşdan
yuxarı) əhalisi arasında ümumi oftalmopatologiyanın
dinamikasının öyrənilməsi 2017-2021-ci illər ərzində
aparılmışdır. Tədqiqatın obyekti akad. Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzinin məlumat
bazası və statistik hesabat formaları olmuşdur. Yaşlı
əhalinin 100 min nəfərinə düşən insident göstəriciləri,
fərdi nozologiyaların mütləq riski (MR) Xəstəliklərin
Beynəlxalq Təsnifatına (XBT-10) uyğun olaraq
hesablanmışdır.
Nəticə
Oftalmoloji xidmətin keyfiyyətinin yüksəldilməsi
yollarından biri tibbi-təşkilati texnologiyaların stan
dartlaşdırılması, müasir diaqnostik və terapevtik
alqoritmlərin, elektron proqramlar əsasında xəstə
lərin idarə olunması protokollarının yaradılması
olmuşdur. Tədqiqatın nəticələrinə görə, yaşlı əhali
arasında oftalmopatologiyanın göstəriciləri nisbətən
yüksəkdir, orta artım və aparıcı patologiya kimi
miopiyanın üstünlük təşkil etməsi ilə xarakterizə
olunur. 2021-ci ildə bütün ölkə üzrə yaşlı əhali
arasında ümumi oftalmopatologiyanın intensiv
göstəricisi 2017-ci illə müqayisədə 5,5% artmışdır
(p<0,05). Qlaukoma xəstəliyinin mütləq riski orta
hesabla tədqiqat dövründə ölkədə qeydə alınmış
görmə orqanının bütün patologiyalarının 14,2±1,3%-
ni təşkil edir. Yaşlı əhalidə kataraktın inkişafının
mütləq riski də yüksəkdir (MR=54,8%). Cins
üzrə pay bölgüsü gözün və onun əlavə aparatının
ümumi patologiyası üzrə 53,4±2,6%, yaşayış yeri
üzrə (şəhər: kənd sakini) proporsional nisbət isə
3:5 təşkil etmişdir. Əldə edilən məlumatlar, qeydə
alınmış oftalmopatologiyanın inkişafının qarşısını
almaq üçün əsaslı surətdə dispanser müşahidənin
aparılmasının zəruriliyini təsdiqləyir.
Yekun
Görmə orqanının bir çox patologiyalarının müasir
konservativ və cərrahi müalicə üsullarından səmərəli
istifadə edilməsi, düzgün qurulmuş dispanser işi,
eləcə də icbari tibbi sığorta sisteminin tətbiqi ilə
yanaşı, oftalmoloqlar səylərini görmə orqanının bir
çox patologiyalarının aşkarlanmasına və onların
əhəmiyyətinin həqiqi səviyyəsinin hesablanması ilə
risk amillərinin azaldılmasına yönəltməlidirlər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

23.04.2023

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR