TƏCRÜBƏMİZDƏ ŞƏKƏRLİ DİABETİ OLAN XƏSTƏLƏRDƏ XRONİKİ DAKRİOSİSTİTLƏRİN XARİCİ DAKRİOSİSTORİNOSTOMİYA ÜSULU İLƏ CƏRRAHİ MÜALİCƏSİ

Авторы

  • Rüstəmova N.M.
  • Musayeva N.B.

Açar sözlər:

şəkərli diabet, dakriosistit, xarici dakriosistorinostomiya

Xülasə

Məqsəd – şəkərli diabeti olan xəstələrdə xroniki dakriosistitlərin cərrahiyyəsində xarici dakriosistorinostomiyanın effektivliyinin öyrənilməsi.

Material və metodlar
Şəkərli diabeti olan 19 xroniki dakriosistitli xəstə müşahidə altında olmuşdur. Onlardan 17 nəfəri qadın, 2 nəfər isə kişi olmuşdur. Xəstələrin otra yaş həddi 41±3,7yaş olmuşdur. Xəstələrin 17-də irinli, 2-də kataral xarakterli dakriosistit olmuşdur. Bütün xəstələrin 2-ci tip şəkərli diabeti olan xəstələrdir. Bütün xəstələrə kompleks oftalmoloji müayinələrdən əlavə gözyaşı yollarının funksional tədqiqi üçün mövcud standart metodlardan, (M.Y.Sultanov üsulu ilə “kanalcıq” sınağı, gözyaşı yollarının yuyulması, endoskopik rinoskopiya və s.) istifadə olunmuşdur. Cərrahi əməliyyatın nəticələrini aşağıdakı kimi qiymətləndirilməsində tam müvəffəqiyyət, hissəvi müvəffəqiyyət, müvəffəqiyyətsiz kriteriyasından istifadə olunmuşdur. Bundan başqa xarici DSR zamanı kosmetik olaraq, dəridəki əməliyyat yerinində çapıq dərəcələndirmə şkalasına görə qiymətləndirilmə aparılmışdır: 0 dərəcə – hiss olunmayan çapıq, 1 dərəcə – çox cüzi hiss olunan capıq, 2 dərəcə – orta səviyyədə görünən capıq, 3 dərəcə – çox görünən capıq.

Nəticə
Cərrahi əməliyyatdan 6 ay sonra xəstələrin müayinəsi zamanı 17 xəstədə “tam müvəffəqiyyət” (89.6%), 1 xəstədə “hissəvi müvəffəqiyyət” (5.2%), 1 xəstədə isə “müvəffəqiyyətsiz” (5.2%) müşahidə etmişik. Sonuncu 2 xəstəyə təkrar dakriosistorinostomiya aparılmışdır. Cərrahi əməliyyat yerində çapığının qiymətləndirilməsindəki nəticələr belə olmuşdur: 17 xəstədə (89.6%) 0 dərəcə – görünməyən, 2 xəstədə (10.4%) 1 dərəcə – çox zəif hiss olunan çapıq aşkar olunmuşdur.

Yekun
Xroniki dakriosistitlərin cərrahi müalicəsində xarici DSR residivlərinin az olmasına görə əsas yeri tutur. Cərrahi əməliyyatdan sonrakı dövrdə dəri çapığının çox cüzi olduğunu qeyd etmək mümkündür. Şəkərli diabeti olan xəstələrdə yaranın sağalması və çapıqlaşma prosesi digər xəstələrə nisbətən daha uzun müddət tələb edir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

23.04.2023

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR