AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA MİLLİ OFTALMOLOGİYA MƏRKƏZİNİN MƏLUMAT BAZASINA ƏSASƏN 5 İL ƏRZİNDƏ GÖZ TRAVMATİZMİNİN TƏHLİLİ
DOI:
https://doi.org/10.71110/ajo791020241604515359Açar sözlər:
görmə orqanı zədələri, oftalmotravmatizmin strukturu, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya MərkəziXülasə
Məqsəd – Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə (MOM) xəstələrin müraciətləri əsasında görmə orqanı zədələnməsinin rastgəlmə tezliyini, stukturunu və dinamikasını təhlil etmək
Material və metodlar
Akademik Zərifə Əliyeva adına MOM-ə 2019-2023-cü illər ərzində müraciət edən pasiyentlərin ambulator (forma No25) və stasionar (forma f-003/u) kartları üzrə hesabat formalarına əsasən görmə orqanının xəsarətlərinin başvermə dinamikası və strukturu, həmçinin gender və yaş xüsusiyyətləri öyrənilmişdir. Statistik hesabatlara əsasən, xəstələrin yaşı iki kateqoriyaya görə standartlaşdırılmışdır: “0-18 yaş” və “18 yaşdan yuxarı”. Statistik məlumatların işlənməsi MSO Excel proqram paketindən istifadə etməklə aparılmışdır.
Nəticələr
Statistik hesablanmalara əsasən görmə orqanının travmaları ilə bağlı müraciətlərin və stasionara yerləşdirməsinin sayı illər üzrə azalması tendensiyası müşahidə edilmişdir. Müraciət edən xəstələrin orta hesabla 72,9±5,8%-i kişilərdir. Bununla belə, 2022-2023-cü illərdə görmə orqanının travması ilə qadınların sayının artması tendensiyası müşahidə olunur. Yuxarı yaş xəstələrlə müqayisədə “0-18” yaş kateqoriyası arasında məişət xəsarətlərinin nisbəti statistik olaraq daha yüksəkdir, bu da ümumilikdə oftalmotravmatizmi azaltmaq üçün əhali arasında effektiv tədbirlərin görülməsinin zəruriliyini göstərir.
Yekun
Beləliklə, bu işdə əldə edilən nəticələr yalnız müraciət edən xəstələr arasında görmə orqanına xəsarət yetirmə səbəblərinin deyil, həm də müalicənin vaxtında aparılmamasının, travmanın təbiəti və növü, ikincili infeksiyanın inkişafı ilə əlaqədar mümkün fəsadların daha ətraflı öyrənilməsinin zəruriliyini diktə edir.