RESİDİVLƏŞƏN TOKSOPLAZMOZ XORİORETİNİT (KLİNİKİ HAL)

Авторы

  • Camıyeva S.E.
  • Məmmədova L.Ş.

Açar sözlər:

atrofik ocaq, toksoplazma xorioretiniti

Xülasə

Görmə orqanının parazitar xəstəliyi olan toksoplazmoz müasir oftalmologiyada mühüm tibbi-sosial problem kimi nəzərdən keçirilir. Görmə itiliyinin proqressivləşən enməsi ilə infeksiyanın yenidən aktivləşməsi riskinin yüksək olması səbəbindən toksoplazmoz xorioretinitinin vaxtında diaqnostikası və kompleks etiotrop müalicəsi yüksək dərəcədə aktual olaraq qalır.

Məqalədə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə sol gözündə görmənin pisləşməsi şikayətləri ilə müraciət edən 26 yaşlı xəstənin klinik halı təqdim olunur. Anamnezdən: xəstə əvvəllər təkrarlanan toksoplazmoz xorioretinit üçün dəfələrlə müalicə almışdır. Müayinə zamanı xorioretinal atrofik dəyişikliklər fonunda yeni iltihab ocağı aşkar edilmişdir. Müalicə fonunda müsbət dinamika müşahidə olunmuşdur, sol gözün görmə itiliyi 0,3-dən 0,9-a qədər artmışdır.

Beləliklə, latent və ya xroniki gedişatlı arxa uveitin (xorioretinitin) inkişafı və reaktivləşməsi riski ilə Toxoplasma gondii-nin geniş yayılmasını nəzərə alaraq, onun vaxtında aşkarlanması, kompleks müalicəsi və dinamik müşahidəsi görmə itiliyinin proqressivləşən enməsinin qarşısını almaq və pasiyentin lazımi həyat keyfiyyəti təmin etmək üçün tədbirlər kimi xidmət göstərə bilər.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

06.06.2024

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR