РАННИЕ И УСЛОВНО – ОТДАЛЕННЫЕ РЕЗУЛЬТАТЫ СЕЛЕКТИВНОЙ ЛАЗЕРНОЙ ТРАБЕКУЛОПЛАСТИКИ У БОЛЬНЫХ ПЕРВИЧНОЙ ОТКРЫТОУГОЛЬНОЙ ГЛАУКОМОЙ С РАЗНОЙ СТЕПЕНЬЮ ПИГМЕНТАЦИИ УГЛА ПЕРЕДНЕЙ КАМЕРЫ
Açar sözlər:
ilkin açıq bucaqlı qlaukoma, selektiv lazer trabekuloplastikaXülasə
Məqsəd: İlkin açıqbucaqlı qlaukomalı xəstələrdə ön kameranın bucağının müxtəlif dərəcədə pigmentasiyadan asılı olaraq selektiv lazer trabekuloplastikanm (SLT) erkən və şərti - uzunmüddətli təsirin effektivliyini təyin etmək.
Material və metodlar
Bizim müşahidəmiz altında İlkin açıqbucaqlı qlaukoma diaqnozu iləlO xəstə (19 göz) olmuşdur. Bütün
xəstələrdə «Lumenis Selecta II» aparatın və «Latina» goniolinzası vasitəsi ilə (180°) 100 - 200 lazer koaqulyatdan
ibarət olan SLT olunmuşdur.
Nəticə
Beləliklə minimal göz daxili təzyiqin enməsi 1-3 mm.c.st. 7 gözdə, maksimal enməsi 5-11 mm.c. st 11 gözdə
müşahidə olmuşdur. 2 gözdə (1 xəstə) damcıların tökülməsi dayandırılmışdır. Orta səviyyədə ilkin açıqbucaqlı
qlaukomalı xəstələrdə, SLT - dan sonra xəstəliyin dərəcəsindən asılı olmayaraq gözdaxili təzyiqin enməsi 5,0±0,5
mm.c.st. təşkil etmişdir. Yalnız 1 gözdə (5,2%) gözdaxili təzyiqin enməsi müşahidə olunmamışdır. Cərrahi
müalicənin effekttivliyi onun əməliyyatdan sonrakı dövrdə göz daxili təzyiqin, görmə sahəsinə və görmənin
itiliyinə görə qiymətləndirilmişdir.
Yekun
Nəticə etibarı ilə SLT ilkin açıqbucaqlı qlaukoma və ön kameranın bucağının müxtəlif dərəcədə pigmentasiyası
olan xəstələrdə özünün effekttivliyini və təhlükəsizliyini göstərmişdir.