QURU GÖZ SİNDROMUNUN MÜALİCƏSİNDƏ VİTAMİN D-NİN TƏTBİQİNİN EFFEKTİVLİY

Авторы

  • Aslanova V.Ə.

Açar sözlər:

quru göz sindromu, vit D, gözyaşıəvəzedicilər

Xülasə

Məqsəd – “quru göz” sindromunun (QGS) müalicəsində gözyaşıəvəzedicilərlə yanaşı qan zərdabında 25 (OH)D səviyyəsi əsasında vitamin D-nin tətbiqinin effektivliyini öyrənmək.

Material və metodlar
QGS olan 45 xəstə tədqiqata daxil edilmişdir. Xəstələr qan zərdabında 25 (OH)D səviyyəsinə görə hər qrupda 15 nəfər olmaqla 3 qrupa ayrılmışdır. I qrupu vitamin D defisiti olan, II qrupu vitamin D defisiti olmayan xəstələr təşkil etmişdir. I və II qrup xəstələr 2,5-3 ay ərzində yerli olaraq gözyaşıəvəzedicidən istifadə etmişlər. III qrupu vitamin D defisiti olan xəstələr təşkil etmişdir ki, onlar əsas terapiyaya əlavə olaraq 2 ay per os vit D qəbul etmişlər. Tədqiqatın nəticələri bütün qruplar arasında müalicədən əvvəl və müalicədən 1,3,6 ay sonra diaqnostik testlər əsasında müqayisəli qiymətləndirilmişdir. Şirmer, Norn sınaqları, buynuz qişanın rənglənməsi və qapaq kənarının müayinəsi müalicə dinamikasında aparılmışdır.

Nəticə
Müalicəyə qədərki göstəricilərlə müqayisədə müalicənin summar effektivlik göstəricisi I qrup xəstələrdə müalicədən 1 ay sonra 13,4%, 3 ay sonra 26,1%, 6 ay sonra 4,5% təşkil etmişdir. II qrup xəstələrin göstəriciləri müvafiq olaraq 24,3% və 42,3%, 6 ay sonra 19,6% olmuşdur. III qrup xəstələrdə həmin göstəricilər müvafiq olaraq 23,1% və 54,6%, 6 ay sonra 29,1% təşkil etmişdir. Bütün qrup xəstələrdə müalicədən 3 ay sonra müsbət dinamika qeyd olunmuşdur. III qrup xəstələrdə müalicənin nəticələri I qrupla müqayisədə daha yüksək olmuşdur. Yekun
Vitamin D göz səthinin və qapaq kənarının iltihabını azaldır, həmçinin gözyaşı pərdəsinin parametrlərini yaxşılaşdırır. Tədqiqatların nəticələri göstərdi ki, bu qrup xəstələrdə iltihab əlamətlərinin azaldılması üçün maksimal müsbət effekt lubrikantlarla vitamin D-nin birlikdə istifadəsi zamanı əldə edilmişdir. Beləliklə, vitamin D-nin əsas terapiyaya əlavə edilməsi gözyaşıəvəzedicilərin effektivliyini artırır. 

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

23.04.2023

Nömrə

Bölmə

ORİJİNAL MƏQALƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

<< < 1 2