KOİNFEKSİYALAR FONUNDA VƏRƏM MƏNŞƏLİ UVEİT (KLİNİKİ HAL)

Авторы

  • Feyziyeva K.V.
  • Rüstəmova N.M.

Açar sözlər:

koinfeksiyalar, uveit, vərəm

Xülasə

Məqalədə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə hər iki gözündə ağrı, qızarma, görmənin zəifləməsi, dumanlanması, bulanıq görmə şikayətləri ilə müraciət etmiş 45 yaşlı pasiyentin klinik halı təqdim olunur. Xəstə yanlış diaqnozla uzun müddət, simptomatik, effektsiz müalicə alıb. Bizim müayinədən sonra pasiyentə “OS – vərəm mənşəli panuveit, OD – vərəm mənşəli ön uveit, OU – sadə miopik astiqmatizm” diaqnozu qoyuldu. Aparılmış yerli iltihab əleyhinə və sistem antituberkulin müalicə sayəsində pasiyentin görmə itiliyi 0,2-dən 1,0 (vahidə) qalxmışdır, buynuz qişada presipitatlar, şüşəvari cisimdəki bulanmalar sorulmuş, retinada aktiv multifokal xorioretinal iltihab ocaqları kiçilib, piqmentləşib qeyri-aktiv formaya keçmişdir. Vərəm səbəbindən yaranmış uveit gözdə korluq yaratmaqla yanaşı, həyat üçün də təhlükəli ola bilər. Bunu nəzərə alaraq vaxtında qoyulmuş və düzgün diaqnoz sayəsində aparılmış ATT və yerli müalicənin effekti yüksək qiymətləndirilir.

Yüklənilib

Данные по скачиваниям пока не доступны.

Загрузки

Dərc olunub

23.06.2024

Nömrə

Bölmə

KLİNİKİ MÜŞAHİDƏLƏR

Eyni müəllif(lər)in jurnalda ən çox oxunan məqalələri

<< < 1 2 3 4